Siyasət

  • 4 625

“Ermənistanda “qara zolaq” dövrü başlayıb” ÖZƏL-MÜNASİBƏT

image

“44 günlük müharibə və acı məğlubiyyət Ermənistanda əsaslı sosial, iqtisadi böhrana, gərgin mənəvi-psixoloji duruma səbəb oldu.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti Nüşabə Məmmədova deyib.Alyansın sədri qeyd edib ki, bu işğalçı ölkədə daxili qarşıdurma pik həddə çatıb.“Ermənistan müxalifətinin liderlərindən olan Vazgen Manukyan İrəvanda etiraz yürüşündə çıxışı zamanı bildirdi ki, “Ermənistan hər şeyi itirməkdə davam edir. Bu ya Ermənistanın dünya xəritəsindən tamamilə yox olması, ya da heç kimin hesaba almayacağı səfil bir ölkəyə çevrilməsi ilə nəticələnəcəkdir." Oxşar fikirlər Rusiya siyasətçiləri, rəsmiləri tərəfindən də səsləndirilib. Ermənistanın hazırkı vəziyyəti Aleksandr Puşkinin acgöz yaşlı qadının hədsiz arzularından bəhs edən məhşur “Sınıq bir çuxurda qalmaq” nağılına bənzəyir. 100 il bundan öncə Azərbaycan tarixi torpaqlarında 9 min kv.km. ərazidə özünə dövlət yaradılmasına nail olan Ermənistan, öz ərazilərini Azərbaycan torpaqları hesabına artırdı və bununla da kifayətlənmədi, ikinci erməni dövlətinin yaradılması planını cizdi. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycanın Şanlı Ordusu 44 günlük hərbi əməliyyatlarda Ermənistana həddini bildirdi. Hazırda yerlərdə sürünən Ermənistanda “Qara zolaq” dövrü başlayıb. Öz əhalisnin təhlükəsizliyini təmin edə bilməyən hökumət, parlamentarilər yeganə çıxış yolunu Ermənistanda Rusiyanın digər hərbi bazasının yerləşdirilməsini təklif edirlər. Bu dəfə Azərbaycanın yeni işğaldan azad olunan ərazilərinə yaxın sərhəddə. Ermənistan əhalisi hökumət və ya ordu tərəfindən qorunacaqlarına inamsızdırlar”, deyə Nüşabə Məmmədova bildirib.

sia.az

Digər xəbərlər