Siyasət

  • 4 356

2020-ci il Azərbaycanın "Zəfər ili" kimi daim qeyd olunacaq - MÖVQE ÖZƏL

image

"Azərbaycan çoxəsrlik tarixə malik bir ölkə olmasına baxmayaraq, son əsrlərdə torpaqlarının çox hissəsi xarici təcavüzkarlar tərəfindən işğal olunaraq parçalanıb. Hətta 1990-cı illərdə erməni qəsbkarlarının işğal etdiyi ərazilərimiz, Dağlıq Qarabağ və yeddi digər rayonumuz bu yaxın müddətədək düşmənin nəzarətində idi. Ancaq 2020-ci il tarixi 21-ci yüzillikdə bütün dünya azərbaycanlılarının qəlbinə və ölkəmizin tarixi səhifələrinə qızıl hərflərlə həkk olunaraq, müstəqil Azərbaycanın Zəfər ili kimi daim dünya azərbaycanlıları tərəfindən qeyd ediləcəkdir. Bu isə məhz Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın düşmən üzərində qazandığı Tarixi və Şanlı Qələbə idi. Ümumilikdə son 17 ildə Azərbaycanın bütün sahələrdə qazandığı uğurları, sadəcə, bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkün olsa da, birmənalı vurğulamaq olar ki, bugünkü Azərbaycan, məhz görülən işlərin və əldə olunan əbədi uğurların təqdimatıdır. O Azərbaycan ki, artıq çoxəsrlik tarixinə yeni bir səhifəni - Zəfər Gününü yazdı". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü İlham Məmmədov deyib.Onun sözlərinə görə, Dövlət Başçısı hər zaman xalqa olan müraciətlərində Azərbaycanın əvvəlki illərlə müqayisədə daha da gücləndiyini, yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın formalaşdığını və eyni zamanda müasir silah-sursatla təchiz olunmuş güclü Azərbaycan Ordusunun yaradıldığını xüsusilə qeyd edird: "Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən Ulu Öndər Heydər Əliyevin memarı və qurucusu olduğu qüdrətli Azərbaycanın gələcək illərdə də sarsılmaz dövlətə çevrilirək, beynəlxalq müstəvidə diktə edən və etibarlı tərəfdaş kimi tanınmasını qarşıya mühüm vəzifə kimi qoydu. Həqiqətən də Azərbaycan Ölkə Prezidentinin yüksək peşəkarlıqla həyata keçirilən uzaqgörən siyasəti və qətiyyətli iradəsi nəticəsində statistik göstəricilərinə görə, həmçinin sosial-iqtisadi, ictimai-siyasi və digər bütün sahələrdə Cənubi Qafqaz regionun ən güclü dövlətinə çevrilib. Ölkənin hər tərəfində enerji, su, qaz təlabatının yüksək səviyyədə ödənilməsi və əhalini sosial rifahının yaxşılaşdırılması üçün özünəməşğulluq proqramlarının uğurla icra edilməsi məhz Ölkə Prezidentinin dövlətinə, xalqına olan xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Həmçinin Azərbaycan brendi kimi dünyada tanınan “Asan xidmət”, ABAD, DOST layihələri sosial xidmət sahəsində şəffaflığın təminatına geniş imkanlar açıb. Azərbaycanda gənclər siyasətinin formalaşdırılması və uğurla həyata keçirilməsi, Prezident yanında Gənclər Fondunun təsis edilməsi gənclərimizə olan yüksək səviyyəli diqqətin nümunəsi idi. Əhaliyə etibarlı, keyfiyyətli tibbi xidmətlərin göstərilməsi üçün universal tibbi sığortanı təmin etmək məqsədilə İcbari Tibbi Sığırta üzrə Dövlət Agentliyi yaradıldı.Və xüsusilə qeyd etmək olar ki,bu gün digər inkişaf etmiş ölkələr kimi Azərbaycanın təcrübələri beynəlxalq səviyyədə də tətbiq edilir. Hazırda Prezident İlham Əliyev dünyada daxili siyasəti ilə yanaşı, xarici siyasətində də saysız-hesabsız uğurlara imza atan güclü siyasi lider kimi tanınıb. Xarici siyasət kursunda tarazlaşdırılmış konsepsiyaya üstünlük verən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada böyük nüfuz və söz sahibinə çevrildi. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edildi. Bunu sübut edən ən böyük amillərdən biri Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına və Qoşulmama Hərəkatına üzv ölkə kimi seçilməsi idi. Eyni zamanda apardığı uğurlu diplomatik siyasət, intellektual düşüncə və güclü iradənin nəticəsi olaraq, Dövlət Başçısı Cənab İlham Əliyev ( 2019-2022) illər ərzində Qoşulmama Hərəkatının sədri elan edildi. Ölkədə güclü tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi Azərbaycanı nəinki regionda, bütövlükdə dünyada multikulturalizmin, dinlərarası və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən birinə çevirdi. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dünya forumları, sivilizasiyalararası, humanitar, mədəniyyətlərarası dialoq forumları bunu göstərir. Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Paytaxt Bakının BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, eyni zamanda “Bakı Humanitar Forumu” “I Avropa Oyunları” “IV İslam Həmrəyliyi Oyunları” kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsi cənab Prezidentin müdrik xarici siyasəti sayəsində həyata keçirildi və Azərbaycanın beynəlxalq aləmdəki imicini daha da möhkəmləndirdi".

Deputat bildirib ki, 2020-ci ildə bütün dünyanı cənginə alan “Koronavirus pandemiyası” qlobal problem kimi bizim ölkəmizə də mənfi təsirlərini göstərdi: "Buna baxmayaraq cənab Prezidentin atdığı çevik, təxirəsalınmaz addımlar və həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşların sağlamlığının qorunması üçün böyük stimul yaratdı. İlk olaraq Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə Tədbirlər Planının hazırlanması, bu sənədin 20 fəaliyyət sahəsini, 4 sektoru və 10-dan çox yardım proqramını əhatə etməsi Azərbaycanın COVID-19-la mübarizə dövründə də qarşıya çıxan çətinlikləri dəf etməsinə geniş imkanlar açdı. Ölkə ərazisi üzrə koronavirus xəstələrinin müalicə alması üçün çoxlu sayda klinika, modul tipli xəstəxanaların tikilməsi və bu istiqamətdə fəaliyyət göstərən 20-dən çox laborotoriyada gün ərzində minlərlə testin aparılması, tibbi maska və digər gigiyenik vasitələr istehsal edən müəssisənin açılması Dövlət Başçısının xalqına olan böyük sevgisini və qayğısını təcəssüm etdirir. Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının “Strateji Hazırlıq və Cavab Planı”çərçivəsində” COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımı ayırması,ölkəmizin bütün dünyada multikultiralizm, sülh və yardımsevər bir siyasət aparan nümunəvi dövlət olmasının sübutu idi. 30 ilə yaxın müddət idi ki, erməni təcavüzkarlarının işğal altında saxladığı doğma dədə-baba torpaqlarımız olan Dağlıq Qarabağ və ətraf digər yeddi rayonumuz bütün dünya azərbaycanlılarını vətən həsrəti ilə alovlandırırdı. Dövlət Başçısı dəfələrlə beyəlxalq platformalarda və tirubunalarda dünyanın aparacı təşkilatları olan BMT və ATƏT-in Dağlıq Qarabağla bağlı qəbul etdiyi qərar və qətnamələrin sadəcə kağız üzərində qaldığını, icra olunmadığını və həmçinin sülh yolu ilə işğalda olan torpaqlarımızın azad olunması üçün heç bir konkret addımlar atılmadığını səsləndirmişdi. Bununla yanaşı ATƏT-in Minsk Qrupunun Həmsədr ölkələrinin liderləri, digər xarici dövlət və hökümət nümayəndələri Qarabağ probleminin heç bir halda hərbi vasitələrlə həll olacağına inanmırdılar. Ancaq Cənab Ali Baş Komandanın ölkənin bütün sahələrinə olduğu kimi hərbi sahəsinə də göstərdiyi xüsusi diqqət nəticəsində Azərbaycan ordusu tam formalaşdırılıb, hərbi sənayemiz bütün müasir hərbi sursatlarla təchiz olunub. 2020-ci il 27 sentyabr tarixində başlayan hərbi münaqişə düşmən tərəfinin və xarici əks fikirli dövlət rəhbərlərinin bütün planlarını alt-üst etdi. Hətta münaqişə dönəmində xarici media nümayəndələrinin Azərbaycanın beynəlxalq aləmdəki imicini ləkələmək istəyi baş tutmadı. Dövlət Başçısı tərəfindən xarici təzyiqlərə qarşı aparılan cəsarətli mübarizə,verilən adekvat cavablar xalqımıza böyük ruh yüksəkliyi verdi və xalqımız cənab Prezidentin dediyi kimi, dəmir yumruq kimi bir amal uğrunda birləşdi. Cənab Ali Baş Komandanın yaratdığı güclü Azərbaycan Ordusu öz tarixi missiyasını yerinə yetirdi və cəmi 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu məğlub etdi. Torpaqlarımız işğaldan azad olundu və üç rayonumuz Ağdam, Kəlbəcər və Laçın imzalanan üçtərəfli bəyanata uyğun olaraq heç bir münaqişə olmadan geri qaytarıldı. Döyüş meydanında olduğu kimi bütün bunlar eyni zamanda cənab Prezidentin siyasi və diplomatik sahələrdə də əldə etdiyin uğurların nəticəsi idi".İ.Məmmədov vurğulayıb ki, 2020-ci il tarixində cənab Prezidentin həm ölkənin daxili problemlərinə, həm də qlobal problemə çevrilən “Koronavirus Pandemiyasına” qarşı apardığı cəsarətli mübarizə dönəmində onun daim yanında olan yaxın silahdaşı, ölkəmizdə və dünyada öz xeyirxahlıq, yüksək mərhəmət missiyası ilə tanınan Azərbaycanın Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın da xalqımız üçün həyata keçirdiyi yüksək fəaliyyətlər təqdirəlayiqdir: "Ali Baş Komandanımız İlham Əliyevin və xanımı Mehriban Əliyevanın müharibə Azərbaycanın Qələbəsi ilə başa çatdıqdan sonra işğaldan azad edilmiş torpaqlarımıza-Cəbrayıl, Füzuli, Ağdam, Qubadlı və Zəngilana səfər etmələri, Qələbə sevincini ilk olaraq xalqla paylaşmaları və xüsusilə də Cənab Prezidentin öz doğum günü ərəfəsində həmin ərazilərimizdə olan hərbçilərlə birlikdə olması və digər bu kimi qürur verən məqamlar xalq-Prezident birliyinin, həmrəyliyinin təzahürüdür. Döyüş bölgələrimizdən gələn hər bir qələbə xəbərini,o cümlədən Zəfər Günümüzü özünün sosial şəbəkələrdəki səhifələrində paylaşan Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva daim bu arzunu, istəyi ifadə edirdi ki, Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin! Bəli bu gün artıq bu istək gerçəkləşir. Cənab Prezidentin söylədiyi kimi ölkəmizdə yeni dövr-quruculuq dövrü başlayır. Ona görə ki, bütün ərazilərimiz sanki yenidən doğularaq canlanacaq və dirçələcəkdir. Məhz nəticə etibarilə 27 Sentyabr tarixinədək məcburi köçkün adını daşıyan bir milyondan artıq soydaşımız yaxın zamanda işğaldan azad olunan ərazilərimizə Böyük və Uğurlu Qayıdışın iştirakçısı olacaqdır. Döyüş meydanında olduğu kimi bütün bunlar eyni zamanda cənab Prezidentin siyasi və diplomatik sahələrdə də əldə etdiyin uğurların nəticəsi idi. Azadlıq Meydanında Zəfər paradının keçirilməsi, Dövlət başçısının zəfər çıxışı, torpaqlarımızı işğaldan azad edən əsgərlərimizin sıra addımı ilə Qələbəni qeyd etməsi və düşməndən alınan hərbi qənimətlərin nümayiş etdirilməsi hər birimizdə qürur və şərəf hissi yaratdı. Cənab Prezidentin işğaldan azad olunan torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağını yüksəyə qaldırması xalqımızın, millətimizin, Azərbaycanın qürurunu özünə qaytardı. Bu gün qürur hissi ilə söyləmək mümkündür ki, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib və bu böyük həqiqətin altında isə bir imza var-Ali Baş Komandan Cənab İlham Əliyev".

sia.az

Digər xəbərlər