Siyasət

  • 3 669

İnformasiya cəbhəsində "Səs"in xüsusi rolu var - TƏBRİK

image

Hörmətli "Səs" qəzetinin əməkdaşları!

Bu gün "Səs" qəzetinin 30 illik yubileyinin "Dəmir yumruğ"a çevrilən 44 günlük Vətən Müharibəsinin Qələbə əldə etdiyimiz günlərə təsadüf etməsi böyük xoşbəxtlikdir. 30 il torpaq, yurd həsrəti çəkən və "qaçqın, köçkün" adından qurtulduğu Qələbə sevincini xalqımız Güclü Lider, Ali Baş Komandan İlham Əliyev cənablarının diplomatik siyasəti, Müzəffər Ordusu, rəşadətli əsgər və zabitlərin igidliyi, xalq-iqtidar birliyi ilə əldə etdi. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, hər kəs gücümüzü, qüdrətimizi, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik, güc yumruğudur: "İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!"Məhz "Səs" qəzeti də respublikamızın həyatında baş verən bütün ictimai-siyasi hadisələri işıqlandıran jurnalist kollektivi öz yüksək peşəkarlığı, həmsöhbətə səmimi marağı, ana dilinə çox həssa münasibəti, oxucu arasında hörmət və qarşılıqlı etibarlılıq atmosferi yaratmaq bacarığı ilə fərqlənir. Oxucularına daim yeni informasiyalar çatdıran, həyatımızın bütün tərəflərini əhatə edən məsələləri işıqlandıran, siyasi və iqtisadi məsələlərə dair keyfiyyətli təhlil aparan qəzet bu gün artıq özünəməxsusluq əldə etmiş və KİV bazarında öz layiqli yerini tutmuşdur.Ümummilli Liderimiz Heydər Əliyev çıxışlarında, o cümlədən, Yeni Azərbaycan Partiyasının qurultaylarında "Səs" qəzetinin fəaliyyətini yüksək qiymətləndirib. Müstəqillik tarixinə ziyalı hərəkatı kimi düşən "91-lər"in müraciəti, Ulu Öndər Heydər Əliyevi müdafiə edən ziyalıların məqalələri də məhz "Səs" qəzetində dərc olunub. "Səs" qəzeti YAP-ın mətbu ruporuna çevrilən qəzetdir.Ulu Öndər Heydər Əliyevin "Səs" qəzeti haqda söylədiyi tarixi fikirlər heç zaman yaddan cıxmayacaq sözlərdir: "Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. 1991-ci ilin fevral ayında, Azərbaycanda kommunist hakimiyyəti dövründə mən Ali Sovetdə çıxış edəndən sonra mənim çıxışım,- xatirinizdədir, o vaxt mənim çıxışımı hörmətdən salmağa çalışdılar, onu dərc etmək də istəmirdilər, amma mənə lazım idi ki, o, dərc olunsun,- "Səs" qəzetində dərc edildi. Mən Naxçıvanda işləyərkən bizim bir neçə tədbirlərimiz barədə yazıları "Səs" qəzetində dərc edə bildik. Nəhayət, "Səs" qəzeti "91-lər"in müraciətini dərc edib, mənim cavabımı dərc edibdir. Ona görə də "Səs" qəzeti bizim partiyanın tarixində ən mötəbər yer qazanmış bir qəzetdir. Görürəm ki, son vaxtlar özünün xüsusiyyətlərini itirmədən modernləşir, yaxşılaşır. Arzu edirəm ki, daha da modernləşsin və yaxşılaşsın".Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun davamçısı Cənab Prezident İlham Əliyevin Azərbaycanın inkişafı və çiçəklənməsi, xalqın rifahının yüksəlməsi yolunda gördüyü möhtəşəm işlərin işıqlandırılması və əhaliyə çatdırılmasında Sizin qəzetiniz müstəsna rol oynayır.İnanırıq ki, "Səs" qəzeti bundan sonra da öz səhifələrində siyasi, iqtisadi, mədəni və digər məsələlərə dair məqalələrlə yanaşı Azərbaycan dövlətçiliyinin gələcəyi olan gənclərdə vətənpərvərlik hissinin daha da güclənməsinə təsir edən, həmçinin, milli-mənəvi dəyərlərimizin təbliğinə dair məqalələrə bundan sonra da yer ayırmaqla xalqımızın hərtərəfli maariflənməsində özünəməxsus xüsusi rol oynayacaqdır.Qəzetin baş redaktoru Bəhruz Quliyevə, redaksiya heyətinə və bütün kollektivinə Azərbaycanın haqq səsini, xalqı maraqlarnıdan bütün məsələləri daim diqqətdə saxladığı, ölkənin iqtisadi inkişafına dair məlumatları çox operativ, dəqiq və ətraflı işıqlandırdığına görə, dərin təşəkkürümüzü bildiririk.Sizi 30 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, qəzetin bütün əməkdaşlarına uğurlar arzulayırıq.

ƏHMƏD ƏHMƏDZADƏ,
Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri

sia.az

Digər xəbərlər