Siyasət

  • 5 645

Qarabağ zəfərindən sonra Türkiyənin xarici ticarətində yeni dövr! - TAKVİM yazır

image

Türkiyənin özünəinamı, qərarlı duruşu bölgədə oyun qurmaq istəyənlərin bütün planlarını pozdu, yeni güc mərkəzinin yaranmasını təmin etdi. Azərbaycanın Dağlıq Qarabağı Türkiyənin dəstəyi ilə Ermənistanın 30 illik işğalından işğal etməsi qardaş ölkənin xarici ticarətinə fərqli bir ölçü-biçi verəcək. Naxçıvan dəhlizinin açılması ilə Türkiyədə demək olar ki, dörd ili iqtisadi canlanma yaşanacaq.Ermənistan ordusunun 44 günlük savaşdan sonra məğlubiyyəti Türkiyənin xarici ticarətindəki tarazlıqları dəyişdirmək üçün yeni bir yol xəritəsi çəkilir. Bu 4 ildə Türkiyə iqtisadiyyatı canlanmaqla yanaşı ölkənin daha çox xarici ticarəti genişlənəcək, bu uzantılar Çinə qədər gedib çıxacaq. Mütəxəssislər Naxçıvana açılacaq dəhlizi "böyük üstünlük" kimi xarakterizə edərlər.Amma bəzi ekspertlər bu dəhlizin ticarətlə bərabər Türk dövlətləri arasında mənəvi bir bağın yaranacağını daha çox dilə gətirirlər.Bu dəhliz həm də Azərbaycanı Naxçıvanla quru yolu vasitəsilə birləşdirəcək, Türkiyənin şərq vilayətləri inkişaf edəcək. Mütəxəssislərinə qənaətinə görə, Naxçıvan dəhlizi həm də Türkiyə ilə Qazaxıstan arasında ticarət əlaqələrinin inkişafına təkan verəcək. Türkiyənin İğdır, Qars, Ərdahan və Ağrı kimi vilayətləri artıq ölkənin ucqarı yox, ticarətin tam mərkəzi rolunu oynayacaq.Qazaxıstanlı iqtisadçı Saparbay Jubayev Anadolu Agentliyinə (AA) bildirib ki, yeni açılacaq Naxçıvan dəhlizi Orta Asiyanın geostrateji mövqeyini gücləndirəcək. Jubayev Qazaxıstanın ərazi baxımından dünyanın ən böyük dəniz yolu olmayan ölkəsi olduğunu və ölkənin tranzit yolunun Naxçıvan dəhlizi ilə şaxələndirilə biləcəyinə diqqət çəkib. Qazaxıstan və Azərbaycanın Xəzər dənizində qarşılıqlı yük gəmilərini qəbul etmək qabiliyyətinə malik limanlarına sahib olduqlarını qeyd edən Jubayev: "Beləliklə, yükləri Avropa və Çindən birbaşa Rusiya və ya İrana daşımaq imkanımız yaranacaq" deyib.Hazırda Qazaxıstan və Rusiyanın Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya yük daşıdığını deyən Jubayev bildirib ki, Qazaxıstan qardaş ölkə - Türkiyəyə Azərbaycan-Naxçıvan dəhlizi marşrutu ilə müxtəlif təyinatlı yeklərin daşınması barədə danışıqları intensivləşdirmək niyyətindədir.Beləliklə, bu dəhliz Türkiyənin Orta Asiya və Çinlə ticarət əlaqələrini gücləndirəcək, Azərbaycanın loqistik imkanlarından yararlanaraq yüklərin tez və itkisiz daşınmasını təmin edəcək. Orta Asiya ölkələrini, Çin, Əfqanıstan və digər maraqlı ölkələrin isə bu dəhlizlə Azərbaycan və Türkiyə üzərindən Aralıq dənizi vasitəsilə Avropaya çıxışı asanlaşacaq. Ən əsası, Türk dövlətləri arasındakı qarşılıqlı səfərlər artacaq."Çin avtomobil nəqliyyatı yüklərinin 50 faizi və dəmir yolu yüklərinin 10 faizi Qazaxıstan üzərindən Avropaya daşınır" deyən Jubayev: "Hazırda Çin daha çox məhsulu Rusiya üzərindən Avropaya daşıyır. Bununla birlikdə, alternativ yolların - Naxçıvan dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu bu vəziyyəti xeyli dəyişə bilər", ifadə edib.Jubayev əlavə edib ki, Naxçıvan dəhlizinin açılması bölgədəki turizm sektoruna əhəmiyyətli dərəcədə təsir göstərəcək.Qazaxıstanın İqtisadi Tədqiqatlar İnstitutunun mütəxəssisi Madiyar Kenjebolat Qazaxıstan ilə Türkiyə arasındakı qarşılıqlı ticarətin artması üçün əhəmiyyətli fürsətlər var, deyə bildirib: "Qazaxıstan-Türkiyə ortaq təsislərinin istifadə etdiyi dəhlizimizə digər ölkələri də əlavə edə bilərik. Türkiyədən gətirilən xammal sayəsində Avrasiya İqtisadi Birliyi çərçivəsində vergilərdən azad olan məhsullar istehsal edə bilərik və Rusiya bazarında realizə etmək imkanı qazanarıq".Qazaxıstanın maliyyə mütəxəssisi Sabit Rısbayev Naxçıvan dəhlizinin Qafqazdakı ölkələrə əhəmiyyətli bir üstünlük verəcəyinə diqqət çəkib: "Bu dəhlizlə tarixi "İpək Yolu" yenidən dirçələcək".

sia.az

Digər xəbərlər