PDF Oxu

Siyasət

  • 1 561

Haylara xas olan HƏQİQƏTDƏN QAÇIŞ ŞOUSU - TƏHLİL

image

Hazırda erməni cəmiyyəti yenə də özünü müəmmalı vəziyyətdə hiss edir, müəmmalı və həmçinin də təhlükəli addımlara yol verir və belə hesab olunur ki, buna da səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın bir müddət əvvəl Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışı, həmin çıxış zamanı onun daxili auditoriyaya hesablanan sözləri olub. Daha dəqiq desək, haylar məhz erməni baş nazirin fikirlərinə görə özlərini yenə də aldanmış, yaxud, aldadılmış sayırlar. Hətta bir qədər də başlarını itirmiş kimi özlərini aparırlar. Doğrudur, hayların bir çoxları belə hesab edirlər ki, hələ də baş nazirləri onları aldatmaqda davam edir. Ümumiyyətlə, Nikol Paşinyanın şou göstərməkdə mahir olduğunu bilən, xüsusən də həqiqətdən qaçış şousu ustası olduğuna əmin olan haydar aldandıqlarını düşünürlər və narahat olurlar, amma bununla bərabər, bəzilərini ağıllarını itirir, xam xəyallara da düşürlər. Elə məhz həmin xam xəyallar da onları həqiqətdən qaçış şousu göstərməyə təhrik edir...

Haylar erməni baş nazirin yalanlarına, qulaqlarının doldurulduğuna əmin olsalar da, azmaq üçün bir səbəb də tapıblar

Diqqətə çatdıraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə də Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışı ilə hayların diqqətini əməlli başlı cəlb edə, onları “dərin fikirlərə qərq edə” bilib və onun bu dəfə də daxili auditoriyaya hesablanan bəyanatı erməni cəmiyyətində rezonans doğurub, hansıki bunun təzahürünü də görməkdəyik. Düzdür, hayların böyük əksəriyyəti artıq açıq şəkildə bildirirlər ki, baş nazirlərinin AŞPA-da çıxışı zamanı söylədikləri erməni cəmiyyətindən bir növ, alqış qazanmağa hesablanmışdı. İndi artıq ermənilərin bir çoxları hesab edirlər ki, Nikol sadəcə olaraq, özünü prinsipial mövqedə olan biri kimi göstərməyə çalışır deyə, bu şəkildə çıxış etməkdədir. Əslində isə, onun Zəngəzur dəhlizi ilə bağlı razılaşmaqdan başqa çarəsi olmadığı və artıq sözügedən dəhlizlə bağlı razılaşmaya imza atdığı da hayların əksəriyyətinə belə yaxşıca bəllidir. Bununla belə, onun dediklərinin boş sözlərdən ibarət olduğuna, ümumiyyətlə, yalanlarına erməni cəmiyyəti artıq çoxdan alışqandır. Bəli, əslində, haylar yenə də baş nazirlərinin sözləri ilə qulaqlarının doldurulduğunun, aldadıldıqlarının fərqindədirlər, lakin yenə də “azmaq”, çaşqınlığa düşmək üçün bir qığılcıma ehtiyac duyan ermənilər deyəsən yenə də sözün əsl mənasında, azıblar. Belə azmaq da onların sülh sazişinin bağlanılması üçün əsas şərtlərdən biri olan konstitusiyada dəyişikliyin edilməsindən imtina etmək niyyətlərində özün göstərir.Hazırda erməni cəmiyyətində əslində, ən çox müzakirə olunan məsələ, məhz sözügedən layihənin, dəhlizin onlara lazım olub-olmadığı məsələsidir. Haylar hələ də həmin dəhlizin onlar üçün fayda, yoxsa risklər vəd edəcəyi ilə bağlı “baş sındırırlar”, desək yanılmarıq. İndi ermənilərin əksəriyyəti məhz baş nazir Paşinyandan məhz bununla bağlı açıqlama eşitmək arzusundadır. Haylar məhz Zəngəzur dəhlizi məsələsinin onlar üçün nə demək olduğunu tam şəkildə başa düşməyə çalışırlar və təəssüf ki, düşmənçilik hisləri, duyğuları əsl həqiqətin nədən ibarət olduğunu görməkdə, duymaqda onlara mane olur. Paşinyan isə Ermənistandakı müxalif qüvvələrdən çəkindiyi üçün, öz hakimiyyət kürsüsünü hər şeydən çox qoruduğu üçün hələ də həqiqətdən qaçış şousu göstərmək məharətini sərgiləməkdədir. Onun bu şousu da ermənilərin böyük əksəriyyətini yeni bir şou göstərmək istəyinə, həvəsinə salıb və konstitusiyada dəyişikliklərdən imtina etmək niyyəti də məhz həmin istəyin təzahürüdür. Qısa şəkildə desək, özlərinin baş nazirlərinin yalanlarına, qulaqlarının doldurulduğuna əmin olsalar belə, yenə də azmaq üçün bir səbəb də tapıblar.

Müxalifətin qəzəbindən yaxa qurtarmaq, özünü və hakimiyyətini qorumaq üçün Paşinyanın yalançı şousu erməniləri çaşdırıb

Nümayəndələrin suallarını cavablandıran Paşinyan sən demə bəyan edib ki, guya “Zəngəzur dəhlizi” termini heç vaxt Ermənistan və Azərbaycan arasında razılaşdırılmış sənədlərdə yer almayıb. Onun sözlərinə, daha doğrusu, uydurmalarına görə, guya belə bir termin bundan sonra da heç olmayacaq. “Siz bu termini harada oxumusunuz? Elə bir termin yoxdur, heç vaxt olmayıb və bundan sonra da olmayacaq”, deyə pafosla fikir səsləndirən Nikol Paşinyan əslində, əsl həqiqəti gizlətməyə çalışıb. Eyni ilə 44 günlük müharibə dönəmində ölkəsinin məğlubiyyətini gizlətdiyi kimi, yenə də nələri isə gizlədir və guya həmin savaş zamanı heç bir məğlubiyyətlə qarşılaşmadıqlarını yalandan iddia etdiyi kimi, yenə də yalana əl atır. Əlbəttə ki, qeyd olunduğu kimi, burada onun məqsədi ölkəsindəki müxalif qüvvələrin qəzəbindən yaxa qurtarmaq, özünü və hakimiyyətini qorumaqdır və məhz buna görə də daxili auditoriyaya hesablanan yalanlarını dövriyyəyə buraxmaqdadır. Məsələ burasındadır ki, ermənilərin böyük əksəriyyəti baş nazirlərinin dövriyyəyə buraxdığı yalanlardan, göstərdiyi şoudu çaşıblar. Bəli, sözün əsl mənasında çaşıblar. Əks halda, budan tamamilə doğru nəticə hasil edə bilərdilər.Göründüyü kimi, erməni baş nazir daxili auditoriyaya hesablanan öz uydurmalarından o qədər “həvəslənib” ki, hətta Vaşinqtonda da imzalanan sənədlərdə də belə bir terminin olmadığı barədə yalan deməkdən də, uydurmaqdan da çəkinməyib. Paşinyona yaxın olan qüvvələr və onun dəyirmanına su tökən bəzi erməni politoloqları baş nazirin bir növ, əzələ nümayiş etdirdiyini, guya özünün prinsipial mövqeyə sahib olduğunu göstərdiyini iddia edirlər və haqlıdırlar da. Çünki elə onların özləri də yaxşı başa düşürlər ki, onun dedikləri də, mövqeyi də, nümayiş etdirməyə cəhd etdikləri də su üzərində görünən sabun köpüyü misalındadır və ən yaxın zamanda, anda partlayıb yox olmağa məhkumdur. Guya ki, rəsmi Bakının xarici siyasət diskursuna cavab verən biri kimi özünü göstərməyə çalışan erməni baş nazirin diplomatik görüşlər zamanı necə “büzüşdüyünü” haylar hamıdan yaxşı görüb və dəfələrlə müşahidə də ediblər. Buna görə də onun göstərməyə çalışdığının sadəcə olaraq, daxili auditoriyanı aldatmaq üçün həqiqətdən qaçış şousu olduğu artıq erməni cəmiyyətinin böyük əksəriyyətinə bəllidir. Sual doğuran məqam isə ondan ibarətdir ki, Paşinyanın bu qədər yalanlarının, manipulyasiyalarının şahidi olanlar özlərini niyə çaşdırıblar və çaşqınlıq içərisindədir? Məgər başa da düşmürlər ki, bu çaşqınlıq onlara məhz həmişə olduğu kimi yenə də baha başa gələcək? Başa düşmürlər ki, baş nazirlərinin göstərdiyi şou onları bərk çaşdırıb və elə konstitusiyada dəyişikliklərin edilməsindən, nəticədə də Azərbaycanla sülhdən imtina edilməsindən böyük bir yanlışlıq yoxdur və bu onların çaşmaları deməkdir?

Həqiqətdən qaçış şousu nə qədər çox göstərilsə, sülh prosesinə bir o qədər maneçilik törədəcək

Özünün guya diplomatik uğuru kimi bəzi məqamları haylara, xüsusən də özünə müxalif qüvvələrə sırımağa çalışan Nikol Paşinyan əslində, tam səmimi və obyektiv desək, barəsində qeyd etdiyi sənədi özü imzalayıb. Bu, 44 günlük müharibəyə son qoyan həmin o 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdır. Bütün erməni cəmiyyətinin, hayların diqqətinə çatdırırıq ki, bu sazişin 9-cu bəndində açıq şəkildə göstərilir ki, “Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyi təmin edilməlidir”. Eyni zamanda, axı sülh müqaviləsi üçün Ermənistanın konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının olması da qəbul edilən deyil və bunun özü də bir tələbdir. Özü də haqlı tələb. Diqqətə çatdırırıq ki, yenə də Nikol Paşinyan daxili auditoriyanı aldatmağa çalışır və şəxsən imzaladığı sənəd barəsində də yalan ifadələr səsləndirməkdən çəkinmir. Çünki yalanlara və daxili auditoriyaya hesablanan aldadıcı bəyanatlar verməyə alışqandır. Amma xatırladırıq ki, onun və ümumiyyətlə, ona bənzər hayların bu kimi məsuliyyətsizlikləri sadəcə olaraq, sülh prosesinə maneçilik törədir. Əgər həqiqətən də sülhə maraqlı deyillərsə, özləri bilsinlər və nə qədər başlarını daşa döyürlərsə, öz başları ağrımalı olacaq.
Bir daha erməni cəmiyyətinin diqqətinə çatdırırıq ki, barəsində qeyd olunan üçtərəfli bəyanat, müharibənin, döyüşün sona çatdırılması üçün imzalanan sənədlə bağlı Azərbaycan tərəfi heç də sonradan nə isə artırmayıb və rəsmi Bakı heç zaman hansısa absurd fikirlər səsləndirməyib. Haylar özləri də yaxşı bilirlər ki, Azərbaycan məhz Naxçıvanla birbaşa əlaqəni təmin edəcək iradəyə sahibdir və Nikol Paşinyan da, ölkəsinin hakimiyyət komandası da, müxalifəti də buna mane olmaq imkanında, gücündə, hüquqi statusda deyil. Eyni zamanda, hayların başbilənləri, yaxud azca başı olanları yaxşı dərk edirlər ki, konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olduğu halda, Azərbaycanla sülh sazişinin imzalanması mümkünsüzdür. Ümumiyyətlə, qəbul edilən deyil axı. Deməli, bu reallıların hər biri təsdiq edir ki, Paşinyan yenə də daxili auditoriyanı aldatmaq üçün həqiqətdən qaçış şousu göstərir və onun göstərdiyinə baxıb “onunla eyni ağılda olanlar” da tamamilə başqa bir şou göstərməyə həvəslənirlər.Beynəlxalq müstəvidə belə çoxdan bəllidir ki, hətta belə deyilməsə də, bu barədə Paşinyan təkzibedici fikirlər səsləndirsə də, ermənin baş nazir, rəsmi şəkildə Ermənistan tərəfi faktiki olaraq, “dəhliz” kimi qəbul edilən nəqliyyat marşrutunun yaradılmasına artıq çoxdan razılıq verib. Azərbaycan üçün bu dəhlizin əhəmiyyəti heç kim üçün sirr, yaxud da müəmmalı deyil. Türkiyə üçün də bu layihənin, bu dəhlizin həqiqətən də strateji əhəmiyyət kəsb etdiyi bəllidir. Barəsində qeyd olunan həmin dəhlizin məhz Cənubi Qafqazın dərinliklərinə, daha sonra Xəzər dənizinə, Mərkəzi Asiyaya və Çinə birbaşa marşrut açdığı bütün dünya ictimaiyyəti, beynəlxalq ictimaiyyət üçün də gün kimi aydındır. Bir sözlə, bütün dünya əhalisinin böyük əksəriyyəti bilir ki, həmin dəhlizin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan ondan qətiyyən imtina edəsi deyil və Paşinyan nə qədər şou, xüsusən də, nə qədər həqiqətdən qaçış şousu göstərsə belə, onun etdikləri hansısa məna kəsb edən, nəyə isə təsir edən deyil və ancaq sülh prosesinə maneçilik törətməkdən başqa bir təsiri ola bilməz. Maraqlıdır ki, guya AŞPA-da “gözəl” və “inandırıcı” şəkildə çıxış etdiyini göstərməyə çalışan Nikol Paşinyan özü öz dediklərinə inanırmı? Qətiyyən. Ona görə ki, daxili auditoriyanı aldatmaq niyyətli həqiqətdən qaçış şousu göstərdiyini özü hamıdan yaxşı bilir və bu gün ölkəsində həmin şounun təsirini də görür. Görür ki, indi də haylar daha bir axmaqlıq etmək, konstitusiyalarından dəyişiklik etməmək fikrinə düşüblər, hansıki, bax elə bunun özü də Nikol Paşinyan üçün qətiyyən arzuolunan sayılmır. Çünki bilir ki, bu “axmaqlıq”, bu axmaq fikir sülh prosesinə bir o qədər maneçilik törədəcək və bu da Nikolun özü üçün də xoş gələn deyil.

Həqiqətdən qaçış şousu indi bütövlükdə erməni cəmiyyətini bürüyüb və haylar üçün heç də yaxşı nəticələr vəd etmir

Əsində, erməni baş nazirin bir qədər əvvəl, daha dəqiq desək, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışı məhz hayları bir qədər “həyasızlaşdırıb” və indi də Ermənistan konstitusiyasında dəyişikliklərdən imtina etmək kimi bir yanlışlığa sürükləyib. Məsələ burasındadır ki, erməni baş nazir Nikol kimlərinsə, daha dəqiq desək, məhz öz kürsüsünə görə ən çox ehtiyat etdiyi, qorxduğu erməni müxalifətinin xoşuna gəlmək, ən azından qəzəbindən xilas olmaq üçün, özünü sığortalamaq üçün belə bir şou göstərməyi özünə rəva bilib. Amma bunu özünə rəva bildiyi zaman başa da düşməli idi ki, onun bu addımından erməni cəmiyyəti də dırnaqarası desək, “ruhlana” bilər və tamamilə yanlış xəyallar qura bilər. Bəli, elə də oldu və haylar indi də ümumiyyətlə, konstitusiyada dəyişiklik etməkdən imtina etmək kimi ağılsız bir arzunun təsiri altına düşüblər.Haylar bu vaxta qədər başa düşməli idilər ki, barışıq və sülh, bununla bağlı imzalanmalı olan sənəd onların özlərinə lazımdır. Başa düşməli idilər ki, nə Zəngəzur dəhlizinin açılması, nə hərhansı strateji addımların atılması, nə də hansısa bir başqa məsələlərdə Azərbaycanın qarşısını Ermənistan kəsən, kəsmək iqtidarında olan, mane olmaq gücündə olan deyil və rəsmi Bakı beynəlxalq hüququn tələbləri çərçivəsində bütün məqsədlərinə nail olmaq əzmindədir. Azərbaycan artıq öz ərazilərini, 30 il müddətində erməni işğalı altında qalan ərazilərini öz gücü ilə işğaldan azad edib, geri qaytarıb və indi də həmin ərazilərdə sürətli şəkildə abadlıq-quruculuq işləri görür, “Böyük Qayıdış” proqramı çərçivəsində həmin ərazilərə geri dönüşü, vətəndaşlarının öz dədə-baba torpaqlarına qayıdışını sürətlə gerçəkləşdirir. Ümumiyyətlə, öz strategiyasını uğurla davam etditən Azərbaycan üçün Ermənistanın hansı qərarı qəbul etməsi, nə kimi nəticə hasil etməsi qətiyyən maraqlı deyil, çünki ölkəmizin, dövlətimizin milli maraqlara xidmət edən addımları atması öz imkanları daxilindədir və biz heç kimdən, heç bir qüvvədən belə asılı deyilik. Ona görə də Ermənistanın sülh sazişi ilə bağlı fikri də, sülhə meyl edib-etməməsi də bizim üçün qətiyyən mahiyyət kəsb etmir. Sadəcə olaraq, bu vaxta qədər sülhdən dəm vuranların indi də yeni bir şou, həqiqətdən qaçış şousu göstərmələri bir qədər diqqəti cəlb edir ki, bunu da başa düşmək çətin deyil.Məsələ burasındadır, bu günün reallığı onu göstərir ki, haylar məhz özlərini, öz ölkələrini heç olmasa bir az da olsa dirçəltmək üçün belə bir sazişə, sülh müqaviləsinin bağlanmasına maraqlı olmalı idilər. Əslində, bu baxta qədər də özlərini belə göstərirdilər və buna inanmaq da məntiqi sayılır. Çünki, hər kəs çox yaxşı bilir ki, haylar, rəsmi İrəvan bu sazişi, sülh müqaviləsini imzaladıqdan sonra hansısa imkanlar qazana bilər və səfalət içərisində olanların da xilas yolları da bundadır. Ona görə də erməni cəmiyyətindən, Ermənistan tərəfindən gözləntilər də haqlı olaraq belə olub. Lakin indi görünən tamamilə fərqlidir və belə çıxır ki, haylar bu vaxta qədər sülh bağlamaq şousu göstəriblərsə, indi də həqiqətdən qaçış şousu göstərməkdədirlər. Ən maraqlısı odur ki, bu toplum hələ də həqiqəti, reallığı, ən azından öz mənfəətini anlamaqda çətinlik çəkir və ancaq şou göstərməyə, görüntü yaratmağa maraqlıdır.

Müəllif: İnam Hacıyev

Digər xəbərlər