Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Xanağa, Vələver və Dəstə kənd mərkəzlərində seçicilərlə görüş keçirib.Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.