Siyasət

  • 4 905

Müasir dövrün yeni tələbləri - TƏHLİL

image

Mövcud reallıq və faktlar ondan ibarətdir ki, dağıdıcı müxalifət qərəzli dairələrin ölkəmizə qarşı istifadə olunan alətinə çevrilib. Bu, əlbəttə ki, nəzəri fikir deyil, təcrübədə öz təsdiqini tapmış reallıqdır. Lakin hər dəfə olduğu kimi, bir daha intellekt və milli prinsipsizlik problemi yaşayan dağıdıcı müxalifət siyasi-ictimai reallığı dərk edə bilməməsi nəticəsində fəaliyyətində ciddi problemlər qalmaqdadır. Məhz bu kimi problemlərin nəticəsidir ki, vaxataşırı olaraq müxalifət partiyalarından qopmalar baş verməkdədir.Artıq Azərbaycanda bu və ya digər qüvvələrin maddi-siyasi dəstəyilə dövlətin əsaslarının laxladılması qeyri-mümükündür. Çünki, Azərbaycanda möhkəm əsaslara malik ictimai siyasi sabitlik mövcuddur. Yəni birmənalı şəkildə demək olar ki, ölkəmizdə bünövrəsi tam möhkəm olan dövlətçilik institutu formalaşıb. Bu baxımdan AXCP, Müsavat kimi partiya sədrlərinin və onlarla eyni maraqları bölüşən xaricdəki söyüş qurupunun sifarişlər əsasında milli və dövlətçilik maraqlarımıza qarşı yönələn pozucu fəaliyyətləri heç bir nəticə vermir. Əksinə görünən odur ki, xalq hər dəfə dövlətçiliyə və milli maraqlara zidd addımlar atan dağıdıcı müxalif ünsürlərini daha sərt şəkildə ittiham edir, onların qərəzli fəaliyyətlərini qınayırlar. Bunula belə, reallıq ondan ibarətdir ki, dağıdıcı imici ilə tanınan müxalifət Azərbaycan siyasi səhnəsinin quruplarıdırlar. Ölkəmiz demokratik dünyanın ayrılmaz hissəsidir və müxalifət yaradılan bu şəraitdən sui-istifadə etsədə, susmaq, bəzən də hay-küylərinə göz yummaq vacib elementlərdəndir. Yəni onların əməllərinə qiyməti zamanın və xalqın öhdəsinə buraxılır. Xalq dəfələrlə müxalifətə öz sözünü və dəyərini verib. O mənada ki, zamanın müxtəlif məqamlarında keçirdikləri etiraz aksiyalarına xalq dəstək verməyib, rədd edib. Eyni zamanda bələdiyyə, parlament və prezident seçkilərində xalq müxalifəti ciddi şəkildə cəzalnadırıb. Bununlada bir daha nümayiş etdirilib ki, xalqdan ayrı düşənlərə xalq dəstək verə bilməz.

Cənubi Qafqazın ən aparıcı siayasi partiyası - Yeni Azərbaycan Partiyası

Xalq onun maraq və mənafeyni düşünən, dövlətçiliyin dahada möhkəmlənməsində xeyirli siyasət ortaya qoyan partiyaların yanındadır, siyasətçiləri dəstəkləyir. Necə ki, xalq Cənubi Qafqazın ən aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının idioloji-siyası xəttini birmənalı şəkildə dəstəkləyir. Çünki, 1992-ci ilin noyabr ayının 21-də Ulu Öndərimiz Heydər Əliyevin ideya-müəllifliyi ilə yaranan YAP hər zaman sivil, demokratik siyasi mübarizə yolu tutmaqla, fəaliyyətini ancaq xalqın və dövlətçiliyin maraqlarının təmin olunması üzərində qurub. Hətta müxalifət partiyası olduğu dönəmdə belə, Azərbaycan dövlətçiliyinə qarşı çıxış etməyib, əksinə Dahi Öndərimiz Heydər Əliyevin tövsiyyələri və məsləhətləri əsasında AXC- Müsavat iqtidarının ölkədə yaratdığı ağır, üzücü problemlərin həlli ilə bağlı çıxış yolu göstərilib. İqtisadi, siyasi tənəzzüldən çıxmaq üçün Yeni Azərbaycan Partiyası tərəfindən layihələr tirəli sürülüb. Bununla bağlı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev YAP-ın V qurultayında çıxışı zamanı demişdir: "1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır. Çünki Yeni Azərbaycan Partiyasının yaradılması, eyni zamanda, müasir siyasi sistemin yaranması deməkdir. Çünki o vaxta qədər ölkədə fəaliyyət göstərən müxtəlif siyasi qruplaşmalar siyasi mübarizəni faktiki olaraq çox primitiv səviyyədə aparmağa cəhd etmişlər. Siyasi sistem yox idi. Yeni Azərbaycan Partiyasının yaradılması siyasi sistemin yaradılması deməkdir. Yeni Azərbaycan Partiyasının müxalifət partiyası kimi yaradılması, eyni zamanda, müxalifət necə fəaliyyət göstərməlidir, onu da çox açıq-aydın ortaya qoymuşdur.Yeni Azərbaycan Partiyası o vaxtkı antimilli xəyanətkar iqtidara müxalifətdə idi. Yeni Azərbaycan Partiyasının əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlik idi. Partiyamız iqtidara gələndən sonra bu ideyalar, bu amillər Azərbaycanda reallığa çevrilmişdir".

Bəzi müxalifət partiyaları fəaliyyətlərini dayandıracaq

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın çağırışı ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı YAP-ın inkişafı tarixində yeni bir mərhələnin əsasını qoydu. Ümumxalq partiyaya çevrilən YAP dövlət quruculuğunda və xalqın sosial-rifah halının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər gördü. Ötən müddət ərzində YAP-ın yaxından iştirakı ilə həyata keçirilən bütün tədbirlər, işlər, atılan addımlar Azərbaycanın milli maraqlarına xidmət edib. Bu baxımdan YAP-ın cəmiyyətdə rolu və nüfuzu durmadan artır. Bütün bu amillər, şübhəsiz ki, partiya sıralarına insan axınını da sürətləndirir.Bir sözlə, Yeni Azərbaycan Partiyası inkişafı fonunda müxalifət xalq arasında mövqelərini tamamilə itirməkdədir. Həmdə nəzərə almaq lazımdır ki, Azərbaycan müxalifəti sivil müxalifət institutu kimi fəaliyyət göstərmək prinsiplərindən uzaqdır. Onların siyasi mübarizə hədəfləri yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın imicinə zərər vurmaq və uğurlarına kölgə salmaqdan ibarətdir. Bu isə, nəticə olaraq onu deməyə əsas verir ki, müxalifət uzun müddət siyasi arenada qala biməyəcək. Ən azı növbəti mərhələdə bəzi müxalifət partiyaları fəaliyyətlərini dayandıracaq və ya hansısa partiyaya birləşəcəklər.

sia.az

Digər xəbərlər