Siyasət

  • 3 268

"Ermənilər orta məktəbləri belə minalayıblar” ÖZƏL-ŞƏRH

image

“Mən xatırlayıram ki, müharibənin dayandığı ilk günlərindən sonra, yəni Rusiya sülhməramlıları əraziyə yerləşdikdən sonra onlar minatəmizləmə işlərinə də başlamışdılar və Xankəndinin özündə, hətta məktəbləri belə minalardan təmizləyirdilər. Yəni, bu nəin göstəricisidir? Bu onun göstəricisidir ki, ermənilər həqiqətən də insanlıqdan uzaqdırlar. Yəni, bunlar hətta orta məktəbləri, balaca uşaqların oxuduğu orta məktəbləri belə minalayıblar”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Siyasi şərhçi vurğulayıb ki, bu, heç bir qanuna, qaydaya, insanlığa sığan bir şey deyil.“Hələ mən başqa əraziləri demirəm. Xankəndinin mərkəzindəki məktəbləri minalamaq o deməkdir ki, bunlar son məqamda hətta uşaqların oxuduğu məktəblərdə belə qətllər törətməyə hazır adamlardır. Zatən bizi təəccübləndirmir bu, çünki biz ermənillərdən Xocalı faciəsini görmüş adamlarıq . Yəni, bunlar qadın, qoca, yaşlı, uşaq bilmədən hər kəsə qarşı vəhşilik törədirlər. O cümlədən də hazırda işğaldan azad edilmiş ərazilərimizdə minalanmış yerlərin xəritələrinin verilməməsi də belə əməllərdəndir. Əslinə qalanda Ermənistan Azərbaycanın bu xoş məramı qarşısında, biz istəmədən belə özü o xəritələri bizə verməli idi. Yəni, özləri deməli idi ki, bəli, müharibə oldu, bitdi, anlaşdıq, ortaq bir məxrəcə gəlirik, problemi kökündən çözürük, insanlarımız rahat yaşasın, ermənilərlə azərbaycanlılar arasındakı o uzun illər davan edən düşmənçilik aradan qalxsın və bu mənada xoş məram olaraq biz sizə bu xəritələri veririk ki, əraziləri tez təmizləyəsiz, normal həyata qayıdaq. Amma göründüyü kimi, bunlar bunu etmirlər. Ona görə etmirlər ki, bu onların xislətindən irəli gəlir. Yəni, erməni xisləti deyilən şey bax budur. Bu adamlar düşünmür ki, nə qədər tez o ərazilər təmizlənsə, dinc insanlarımız nə qədər tez qayıdıb orada yaşasa, bu ermənilərin də xeyrinədir. Çünki, hazırda erməni əhalisinin yaşadığı ərazi kiçik bir ərazidir, orada kənd təsərrüfatı ilə məşğul olmaq, istehsalla məşğul olmaq üçün elə də ciddi imkanlar yoxdur. Amma Qarabağın digər ərazilərində, hansılar ki, Azərbaycan ordusu birbaşa nəzarət edir, Azərbaycan dövləti orada proqramlar həyata keçirir, həmin ərazilərdə iş yerləri çoxdur və təbiidir ki, normallaşan münasibətlər işığında ermənilər də gəlib həmin iş yerlərində işləyib çorək pulu qazana bilərlər. Yəni, bunu belə düşünmürlər və bu xislətlərindən irəli gəlir. Əlbəttə ki, deyirlər, yüzə dözən, yüz birə də dözər, yəni Azərbaycan bütün bu mərhələni səbrlə gözləyib, səbrlə davranıb və bundan sonra da səbrlə davranacaq, onların əlinə, onların ağalarının əlinə bəhanə verməyəcək ki, sabah kimsə bizi ittiham eləsin. Yəni biz sakit, rahat bir şəkildə hərəkət edirik. Bizim tələsən yerimiz yoxdur əslinə qalanda. Bu torpaqlar gec-tez əlbəttə ki, canlandırılacaq. Əlbəttə ki, minalardan təmizlənəcək, əlbəttə ki, insanlarımız ora qayıdıb orada yaşayacaqlar, əlbəttə ki, ermənilər Azərbaycan bayrağı altında yaşamağa məcbur qalacaqlar. Yəni, bütün bunlar bir gün gec, bir gün tez baş verəcək. Ermənilər o prosesi uzatmağa çalışırlar, amma bir şeyi unudurlar ki, uzatdıqca ən böyük zərəri özləri görmüş olurlar”, deyə Azər Həsrət bildirib.

sia.az

Digər xəbərlər