PDF Oxu

Siyasət

  • 428

Yasamal rayonunda 27 Sentyabr-Anım Günü münasibəti ilə ağacəkmə aksiyası keçirilib - FOTOLAR

image

Yasamal rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 27 Sentyabr-Anım Günü münasibəti ilə Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon təşkilatı və Yasamal bələdiyyəsinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayon Məmzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynov, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon təşkilatı, Yasamal bələdiyyəsi, Yasamal rayon Məmzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları, şəhid ailə üzvləri, qazilər, müharibə iştirakçıları və Partiya fəalları iştirak edib.

Aksiya çərçivəsində müxtəlif növ ağaclar əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib. 27 Sentyabr- Anım Günü münasibətilə ağacəkmə aksiyasının keçirilməsi şəhidlərimizin əziz xatirəsinin yaşadılması və onların Vətən qarşısında göstərdiyi fədakarlığa ehtiramın ifadəsidir. Əkilən hər bir ağac həyatın, gələcəyin və davamlılığın rəmzi kimi şəhidlərimizin müqəddəs xatirəsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Bundan əlavə keçirilən aksiya ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək məqsədi daşıyır.

Digər xəbərlər