PDF Oxu

İdman

  • 910

Qazaxıstan Şahmat Federasiyasının rəhbəri FIDE-nin prezidenti seçilib

image

Qazaxıstan Şahmat Federasiyasının rəhbəri Timur Turlov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti seçilib.

Sia-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, T.Turlov FIDE-nin Səmərqənddə keçirilən Baş Assambleyasında qurumun rəhbəri seçilib.

Qeyd edək ki, FIDE-yə 2018-ci ildən Arkadi Dvorkoviç rəhbərlik edirdi. A.Dvorkoviç 2026-cı ildəki seçkilərdə yenidən seçilməyə hazırlaşırdı, lakin o, iyulun 21-də Avropa İttifaqının 21-ci sanksiyalar paketinə daxil edildi. Bundan sonra Dvorkoviç FIDE rəhbərinin vəzifələrini müvəqqəti icra etməyi dayandırıb və seçkilərdə iştirak etməyəcəyini açıqlayıb.

Digər xəbərlər