PDF Oxu

Siyasət

  • 604

Xalqımızın yaddaşında xüsusi yer tutan tarixi gün - FOTOLAR

image

Dağlar diyarı Lerik rayonunda Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatı və Lerik Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “ 27 Sentyabr – Anım Günü” münasibətilə tədbir keçirilib.
YAP Lerik rayon təşkilatının əməkdaşı Elman Rəcəbovun, Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Müqəddəs Dənziyevin, eləcə də rayonda fəaliyyət göstərən müxtəlif idarə, müəssisə və təşkilatların rəhbərlərinin, əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Anım Gününə həsr olunmuş sərgi nümayiş olunub.
Ardınca qan töküb şanlı Zəfəri xalqa yaşadan şəhidlərin göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan danışılıb, onların əziz xatirəsinin gələcək nəsillərə çatdırılmasının vacibliyi bildirilib və Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Həmçinin çıxış edən natiqlər “27 Sentyabr – Anım Günü” nün xalqımızın yaddaşında şərəfli bir gün olaraq xüsusi yer tutduğu, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla, məhəbbətlə yad edildiyini bildiriblər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər