Bu başlıqlı tədbir Vətən müharibəsində qazanılan Zəfərin 6-cı ildönümü münasibətilə “Tarixin 44 günü” layihəsi çərçivəsində Lerik şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyada keçirilib. Təşkilatçısı Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi olan görüşdə həm də “Zəfər Günü” adlı sənədli film göstərilib.
Görüş zamanı 44 günlük haqq savaşımızda Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şücaətdən, xalqımızın birlik və həmrəyliyindən, əldə olunan tarixi Zəfərdən söz açılıb. Bildirilib ki, qazanılmış Qələbə Azərbaycan xalqının milli qürur mənbəyi olmaqla yanaşı, eləcə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıyır.
Daha sonra “Zəfər Günü” adlı sənədli film nümayiş etdirilib. Film iştirakçılara Vətən müharibəsinin tarixi əhəmiyyətini və xalqımızın qəhrəmanlıq salnaməsini bir daha xatırladıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları ən çox düşündürən suallara cavab verilib.
Tural Əliyev,
Lerik rayonu Əli Hüseynov adına Dəstər kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi