PDF Oxu

Siyasət

  • 539

YAP Göyçay rayon təşkilatının ”Müskürlu kənd” Ərazi partiya təşkilatında tədbir keçirilib

YAP Göyçay rayon təşkilatının ”Müskürlu kənd” Ərazi partiya təşkilatında tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının ”Müskürlu kənd”Ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, sədr müavini Laçın İsmayılov, ərazi partiya təşkilatının sədri Ağarəhim Rəhimov və partiya üzvləri iştirak ediblər.
YAP Göyçay rayon təşkilatın Sədri Sahib Şükürov çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən vəzifələr partiyanın gələcək fəaliyyətində mühüm istiqamətverici rol oynayır. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən vəzifələr partiyanın gələcək fəaliyyətində mühüm istiqamətverici rol oynayır. S.Şükürov qeyd edib ki, qarşıya qoyulan hədəflərin uğurla həyata keçirilməsi üçün hər bir partiya üzvü öz fəaliyyətində fəallıq, məsuliyyət və təşəbbüskarlıq nümayiş etdirməli, dövlətçilik maraqlarının qorunmasına və partiyanın nüfuzunun daha da möhkəmləndirilməsinə töhfə verməlidir.
Ərazi partiya təşkilatının sədri Ağarəhim Rəhimov çıxışında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə və müəyyənləşdirdiyi strateji hədəflərə toxunub. O, qeyd edib ki, VIII Qurultay Azərbaycanın müasir siyasi tarixində mühüm hadisə olmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra əldə olunan tarixi nailiyyətlərin, dövlətimizin artan siyasi qüdrətinin və qarşıda duran yeni vəzifələrin aydın ifadəsidir.
Rayon Ağsaqqallar Şurasının sədri Nazir Əhmədov çıxışında əhalinin sosial rifahının yüksəldilməsi, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və yaşlı nəslin nümayəndələrinə dövlət qayğısının artırılmasının mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, bu istiqamətdə həyata keçirilən tədbirlərin cəmiyyətin rifahına və nəsillər arasında mənəvi bağlılığın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Kənd sakini, partiya veteranı Nazir Xancanov çıxışında Yeni Azərbaycan Partiyasının yarandığı gündən ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını bildirib. O, partiyanın fəaliyyətində dövlətçilik maraqlarının qorunmasının, cəmiyyətlə əlaqələrin möhkəmləndirilməsinin, gənclərin ictimai-siyasi fəallığının artırılmasının və milli-mənəvi dəyərlərin yaşadılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Partiya veteranı, həmçinin, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, dövlətçilik tariximizin dərindən öyrənilməsinin və Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.
Daha sonra çıxış edən partiya fəalları Cəmalə İsmayılova və Məhbubə Kərimova bildiriblər ki, VIII Qurultayı əvvəlki qurultaylardan fərqləndirən və ona müstəsna tarixi əhəmiyyət qazandıran əsas amil Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsidir. Çıxışlarda qeyd olunub ki, bu tarixi reallıq ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açmaqla yanaşı, Yeni Azərbaycan Partiyasının qarşısına da mühüm vəzifələr qoyur. Vurğulanıb ki, partiya bundan sonra da dövlətçilik maraqlarının qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi, gənclərin ictimai-siyasi fəallığının artırılması və Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində fəal iştirakını davam etdirəcək.
Sonda cənab Prezidentin çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran tapşırıqların icrası ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Digər xəbərlər