PDF Oxu

Siyasət

  • 730

Qarşıya qoyulan vəzifələr və partiyanın gələcək fəaliyyəti

Qarşıya qoyulan vəzifələr və partiyanın gələcək fəaliyyəti

Dağlar diyarı Lerikdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş silsilə tədbirlər davam edir. Növbəti belə tədbirlərdən biri rayonun ucqarında yerləşən Züvüç kəndində olub.
YAP Lerik rayon təşkilatı tərəfindən keçirilən görüşdə əvvəlcə görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin, Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edilib..
Görüşü açan YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov dövlət başçısının qurultaydakı nitqinin siyası və ictimai əhəmiyyətindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji istiqamətlər Azərbaycanın gələcək inkişafının, milli təhlükəsizliyinin və iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Görüşdə digər natiqlərin fikirləri də dinlənilib. Onlar partiyanın fəaliyyətinin müasir çağırışlara uyğun qurulması, dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin mahiyyətinin ictimaiyyətə çatdırılması, əhali ilə mütəmadi görüşlərin keçirilməsi və partiya üzvlərinin qarşısında duran vəzifələrin məsuliyyətlə yerinə yetirilməsinin vacibliyini vurğulayıblar.
Görüş çərçivəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlərin yerlərdə müzakirəsinin, partiyanın fəaliyyət istiqamətləri barədə maarifləndirmə işinin və vətəndaşlarla ünsiyyətin əhəmiyyəti diqqətə çatdırılıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər