PDF Oxu

Siyasət

  • 650

"Azərbaycan Türkiyə münasibətilərini pozmağa heç kimin gücü yetməz"

"Azərbaycan Türkiyə münasibətilərini pozmağa heç kimin gücü yetməz"

Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının rəhbəri Binəli Yıldırım Ərzincan Binali Yıldırım Universitetində tədris ilinin açılış tədbirində Azərbaycan və Türkiyə arasındakı münasibətlər barədə danışıb. B.Yıldırım qeyd edib ki, Türkiyənin suverenlik haqları Türkiyəyə aiddir, Azərbaycanın da haqları Azərbaycana aiddir.

SİTAT: "Suverenlik haqlarına nə bizim, nə də Azərbaycanın müdaxilə etmək kimi bir mövqeyi yoxdur. Münasibətlərimizi pozmağa çalışanlar heç də həvəslənməsinlər. Bir qrup hadisələrlə keçmişdən gələn Azərbaycan-Türkiyə münasibətlərini pozmağa heç kimin gücü yetməz. Biz qardaşıq. Biz sevincdə də, kədərdə də bərabərik. Anadoluda, Qafqazda və Türküstanda keçmişdə necə böyük işlər gördüksə, bundan sonra da eynilərini görməyə davam edəcəyik", - B.Yıldırım qeyd edib.

Mətləb

Digər xəbərlər