PDF Oxu

Siyasət

  • 631

Nəsimi rayonunda YAP-ın VIII Qurultayından irəli gələn məsələlərə həsr olunmuş növbəti müşavirə keçirilib

Nəsimi rayonunda YAP-ın VIII Qurultayından irəli gələn məsələlərə həsr olunmuş növbəti müşavirə keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının beş ərazi partiya təşkilatının birgə müşavirəsi keçirilib. Müşavirə M. Cəlal küçəsi 40 ünvanında yerləşən 247 nömrəli tam orta məktəbin akt zalında baş tutub. Müşavirəyə aşağıdakı ərazi partiya təşkilatları qatılıb:

H. Seyidzadə küçəsi 68 üzrə (5 nömrəli tam orta məktəb);
H. Seyidzadə küçəsi 27 üzrə (9 nömrəli tam orta məktəb);
20 Yanvar küçəsi 1 üzrə (111 nömrəli tam orta məktəb);
M. Cəlal küçəsi 26 üzrə (240 nömrəli tam orta məktəb);
M. Cəlal küçəsi 40 üzrə (247 nömrəli tam orta məktəb );
Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunub.

Müşavirəni 247 nömrəli tam orta məktəbin direktoru, M. Cəlal küçəsi 40 üzrə ərazi partiya təşkilatının sədri Sitarə Abbasova aparıb. O, çıxışında Partiya Sədrinin qurultaydakı nitqinin ölkəmizin ictimai-siyasi həyatı və təhsil sahəsi üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Sitarə Abbasova dövlət başçısının ideoloji təxribatlara qarşı əsas sipərin təhsil və vətənpərvərlik olduğu barədə fikrini xatırladıb. Bu baxımdan məktəblərin və müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov çıxışında bildirib: «Bu gün biz Yeni Azərbaycan Partiyasının VIII Qurultayının yekunlarını və Partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələri müzakirə etmək üçün toplaşmışıq. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultay partiyamızın tarixində xüsusi yer tutur. Dövlət başçısının vurğuladığı kimi, ilk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirilir». Abbas Pənahov Partiya Sədrinin YAP fəalları qarşısında qoyduğu tapşırıqları diqqətə çatdırıb. Bunlar sırasında ideoloji işin formal yanaşmalardan uzaq, müasir formatda qurulmasını, Azərbaycan reallıqlarının hər bir vətəndaşa çatdırılmasını və ideoloji təxribatlara qarşı ayıq-sayıq olmağı qeyd edib.

Daha sonra 247 nömrəli tam orta məktəbin müəllimi, partiya fəalı Sevda Məmmədova çıxış edib. O, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müəllimlərin rolundan danışıb. Sevda Məmmədova tarixi həqiqətlərin, xüsusilə 1990-cı illərin acı dərslərinin və Zəfər tariximizin şagirdlərə çatdırılmasının vacibliyini vurğulayıb.

Müşavirənin sonunda iştirakçılar Prezident İlham Əliyevin VIII Qurultayda müəyyən etdiyi vəzifələrin icrasında fəal iştirak edəcəklərini bildiriblər. Tədbir Yeni Azərbaycan Partiyasının himni ilə yekunlaşıb.

Digər xəbərlər