Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Ş.İ.Xətai prospekti 9Ü ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, YAP-ın sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş növbəti görüş keçirilib.
Görüşdə YAP Nərimanov rayon təşkilatının məsləhətçisi Sərtac Atlas ölkəmizin dayanıqlı inkişafının təmin olunması, milli maraqların qorunması, iqtisadi imkanların genişləndirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması istiqamətində qarşıda duran hədəfləri diqqətə çatdırıb.
Çıxışlarda ideoloji təhlükəsizliyin möhkəmləndirilməsi, cəmiyyətin zərərli informasiya təsirlərindən qorunması, milli-mənəvi dəyərlərin təbliği və gənclərin dövlətçilik prinsiplərinə bağlılığının gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.