PDF Oxu

Siyasət

  • 609

YAP Göygöl rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə yığıncaqlar keçirilir

YAP Göygöl rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə yığıncaqlar keçirilir

YAP Göygöl rayon təşkilatı üzrə Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutu və Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı yığıncaqlar keçirilib.

Tədbirlər zamanı əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqlarda YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, DAİM-in direktoru Azər Hacıyev, Partiya veteranları Qafar Məmmədov, Elmay Tanrıverdiyev və Partiya fəallarından Semur Əsgərov, Ələkbər Hüseynov və Aytən Əliyeva çıxış edib.
Çıxış və nitqlərdə yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilən, ölkəmiz üçün mühüm ictimai-siyasi hadisə olan VIII Qurultayda Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən danışılıb, ölkə Prezidentinin proqram xarakterli nitqinin hər bir Azərbaycan vətəndaşı və hər bir partiya üzvü üçün fəaliyyət proqramı və yol xəritəsi olduğu diqqətə çatdırılıb.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın qarşısında yeni dövrün tələblərindən irəli gələn mühüm vəzifələr müəyyənləşdirib, gələcək fəaliyyətin əsas istiqamətlərini və prioritetlərini aydın şəkildə ortaya qoyub.
Natiqlər YAP-ın VIII Qurultayının ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi xüsusi tarixi mərhələdə keçirildiyini, mühüm siyasi əhəmiyyət daşıdığını və Qurultayda söylənilən fikirlərin mahiyyətinin dərindən öyrənilməsi, partiya üzvlərinə çatdırılması və gündəlik iş prosesində rəhbər tutulmasının xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Qeyd edilib ki, hər bir partiya üzvü öz fəaliyyəti, məsuliyyəti və təşəbbüskarlığı ilə Qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsinə töhfə verməlidir.

Digər xəbərlər