PDF Oxu

Siyasət

  • 565

Füzuli – qəhrəmanlıq tariximizin və milli qürurumuzun rəmzi

Füzuli – qəhrəmanlıq tariximizin və milli qürurumuzun rəmzi

16 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Pirili kənd” və “Kolxəlfəli kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 17 oktyabr “Füzuli şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov qeyd edib ki, 17 Oktyabr – Füzuli şəhəri günü hər bir azərbaycanlı üçün qürur, minnətdarlıq və tarixi yaddaş günüdür. Bu tarix bizə müstəqilliyin, milli birliyin və Vətənə bağlılığın nə qədər böyük dəyər daşıdığını xatırladır. Füzulinin azadlığı ilə başlanan yeni mərhələ bu gün quruculuq, inkişaf və doğma yurda qayıdışla davam edir.

Daha sonra çıxış edən natiqlər – “Kolxəlfəli kənd” Ərazi Partiya Təşkilatının sədr müavini Elxan Həsənov və Pirili kənd tam orta ümumtəhsil məktəbin müəllimi Orxan Qocayev bildiriblər ki, Füzuli şəhəri Azərbaycanın tarixi-mədəni irsinin mühüm bir parçasıdır. Bu torpağın tarixinin, milli-mənəvi dəyərlərinin və mədəni zənginliyinin qorunması şəhərin gələcək inkişafı ilə yanaşı, milli yaddaşımızın yaşadılması baxımından da əhəmiyyətlidir. Füzulinin dirçəlişi keçmişlə gələcək arasında mənəvi bağlılığın möhkəmləndirilməsinə xidmət edir.

Digər xəbərlər