PDF Oxu

Siyasət

  • 558

Muğanlı kənd ərazi partiya təşkilatında tədbir keçirilib

Muğanlı kənd ərazi partiya təşkilatında tədbir keçirilib

16 oktyabr 2026-cı il tarixində Muğanlı kənd ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlər və qarşıya qoyduğu vəzifələrlə bağlı tədbir təşkil olunub.
Tədbirdə Muğanlı, Qorçulu və Alışar kənd ərazi partiya təşkilatlarının nümayəndələri və partiya üzvləri iştirak ediblər.İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev partiyanın VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında tutduğu mühüm mövqedən bəhs edib. O, Prezident İlham Əliyevin nitqində dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, milli maraqların qorunması və ölkənin inkişafının təmin olunması istiqamətində müəyyən edilən prioritetləri diqqətə çatdırıb. Eyni zamanda, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da canlandırılmasının və vətəndaşlarla müntəzəm əlaqələrin qurulmasının önəmini qeyd edib.
Qurultay üzvü, Çəmənli kənd ərazi partiya təşkilatının sədri Ələkbər Süleymanov çıxışı zamanı qarşıda duran əsas vəzifələrdən birinin Azərbaycanın əldə etdiyi nailiyyətlərin, ölkəmizin həyata keçirdiyi müstəqil siyasətin və milli maraqlarının cəmiyyətə düzgün çatdırılması olduğunu vurğulayıb. O qeyd edib ki, ideoloji iş düzgün və məqsədyönlü şəkildə qurulmalı, milli maraqların qorunması, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi və vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərilməlidir..
Sonda tədbirdə müzakirə olunan məsələlər ətrafında qarşıda duran vəzifələrin ardıcıl şəkildə yerinə yetirilməsi, partiya üzvlərinin ictimai fəaliyyətinin genişləndirilməsi və siyasi-maarifləndirmə işlərinin mütəmadi olaraq davam etdirilməsi zəruri hesab olunub.

Digər xəbərlər