Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının təşkilatçılığı ilə dövlət başçısı , Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş növbəti tədbir Astara rayonunun Vaqo kənd ərazi partiya təşkilatında baş tutub.
Məhərrəm Abiyev adına Vaqo kənd tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canları fəda edən şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.
Çıxış edib Prezident İlham Əliyevin partiyanın VIII Qurultayında irəli sürdüyü fikirlərin ölkəmizin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və qarşıda duran strateji hədəflərin reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığı deyən Qurultay nümayəndəsi Qumru Hüseynova onu da bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələdə dövlət başçısının müəyyən etdiyi prioritetlərin həyata keçirilməsi, milli həmrəyliyin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və cəmiyyətin bütün təbəqələrinin ümumi məqsədlər ətrafında səfərbər edilməsi xüsusi əhəmiyyət daşıyır.
Digər natiqlər- Vaqo kənd ərazi partiya təşkilatının sədri İlhamə Abbasova, ƏPT-nın sədr müavini Elton Babayev Yeni Azərbaycan Partiyasının cəmiyyətin siyasi və ictimai həyatında oynadığı roldan, partiyanın qarşısında duran vəzifələrdən, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlərin qorunmasından bəhs ediblər.
Sonda ölkəmizin tərəqqisi, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi və qarşıya qoyulan hədəflərin həyata keçirilməsi naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşməyin, dövlətçilik maraqlarına sədaqətlə xidmət etməyin vacibliyi vurğulanıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü