PDF Oxu

Siyasət

  • 613

Yeni Azərbaycan Partiyasının VIII Qurultayından sonra yerlərdə keçirilən görüşlər davam etdirilir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayından sonra yerlərdə keçirilən görüşlər davam etdirilir

Növbəti görüş Xudat xəstəxanası, Xudat H. Əliyev adına Mədəniyyət evi və Müzəffəroba ərazi partiya təşkilatlarında baş tutub.
Tədbirlərdə iştirak edən YAP Xaçmaz rayon təşkilatının əməkdaşları Fazil Rəhmətov və Teymurşah İşıqov VIII Qurultayın ölkəmizin siyasi həyatında əhəmiyyətini vurğulayaraq Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin çıxışında səsləndirilən əsas müddəalar barədə məlumat veriblər. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra keçirilən VIII Qurultay partiyanın fəaliyyətində yeni mərhələnin başlanğıcını ifadə edir. Bu mərhələdə milli həmrəyliyin möhkəmləndirilməsi, dövlətçilik dəyərlərinin qorunması, azərbaycançılıq ideologiyasının təşviqi və cəmiyyətlə davamlı əlaqələrin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Müasir dövrdə ideoloji təhlükəsizlik milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı, cəmiyyətdə sağlam ictimai düşüncənin, milli maraqlara bağlılığın və informasiya məsuliyyətinin gücləndirilməsini də nəzərdə tutur. Bu baxımdan partiya üzvlərinin üzərinə düşən vəzifə dövlətin strateji maraqlarını düzgün dərk etmək, milli həmrəyliyi möhkəmləndirmək, xüsusilə gənclər arasında maarifləndirmə işini gücləndirmək və cəmiyyətin fəal üzvləri kimi nümunə göstərməkdir.
Müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlərin mahiyyəti, ideoloji təhlükəsizliyin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli birlik və vətənpərvərlik ruhunun gücləndirilməsi məsələlərinə diqqət yetirilib.

Digər xəbərlər