YAP Lənkəran rayon təşkilatının və H. Əliyev prospekti 8 ünvanında yerləşən ərazi partiya təşkilatının birgə təşkilatçılığı sayəsində baş tutan “ 27 Sentyabr- Anım Günü” nə həsr olunmuş tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda yağıya qarşı döyüşlərdə müqəddəs şəhidlik zirvəsinə ucalan Vətənin qəhrəman övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Tədbirdə çıxış edən Lənkəran Tibb Kollecinin direktor əvəzi Solmaz Babayeva, YAP Lənkəran rayon təşkilatının məsləhətçisi Yalçın Əliyev və şəhid ailəsinin üzvü Dilarə xanım 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan danışıblar.
Həmçinin çıxışlarda Vətən şəhidlərinin qanları ilə yazdığı şanlı tarixin heç vaxt unudulmayacağı və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində bu cür tədbirlərin mühüm rol oynadığı vurğulanıb.
Gənclərin hazırladığı və Vətən müharibəsinə həsr olunmuş təsirli səhnəciklə yekunlaşan tədbirdən sonra hər il olduğu kimi, şəhidimizin məzarları ziyarət olunub. Ziyarət zamanı cəsur Vətən övladlarının xatirəsi dərin ehtiramla anılıb, məzarlarına təzə güllərdən çələng hörülüb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü