Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən bir sıra yolötürücülərində instrumental müayinə işlərinin davam etdirilməsi nəzərdə tutulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) SİA-ya bildirilib ki, müayinə işləri aşağıdakı tarixlərdə gecə saat 1:00-dan 5:00-dək həyata keçiriləcək:
26 sentyabr – Zabrat-Maştağa yolu, texniki baxış məntəqəsinin yanı;
27 sentyabr – Sabunçu rayonu, E.Mehdiyev küçəsi, "Bakıxanov" yolötürücüsü;
3 oktyabr – Nizami rayonu, M.Əliyev küçəsi, "Dakar" dairəsi;
4 oktyabr – Ziya Bünyadov prospekti, "Çermet" yolötürücüsü;
10 oktyabr – M-1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 10-cu km-i, (Ekologiya postu);
11 oktyabr – M-1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu, (Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısı).
Bu müayinələr körpü və yolötürücülərinin etibarlı istismarına, mümkün risklərin vaxtında müəyyənləşdirilməsinə və hərəkət təhlükəsizliyinin artırılmasına xidmət edir.
Mətləb
Rusiyalı keşiş cənnət və cəhənnəm haqqında 5 mifi dağıdır. Cəhənnəm necə qurulub və insanlar niyə cənnətə gedirlər?
Müəyyən hallarda, “Morpheus krallığına düşməyin” mümkünsüzlüyü mütəxəssis qiymətləndirməsini tələb edir...