"Mançester Siti" İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda təqsirli bilinib.
"The Athletic"in məşhur jurnalisti Devid Ornşteynin KİV-ə açıqladığına görə, müstəqil komissiya klubun 115 ittihamın 114-ü üzrə təqsirli olduğuna qərar verib. "Mançester Siti"nin qərardan apellyasiya şikayəti verəcəyi gözlənilir. Sanksiyalarla bağlı isə hələ qərar qəbul edilməyib.
Qeyd edək ki, Premyer Liqa 2023-cü ilin fevralında "Mançester Siti"yə 2009/10-2017/18 mövsümləri arasındakı dövrə aid 115 ittiham irəli sürmüşdü. Klub dəqiq maliyyə məlumatları təqdim etməməkdə, futbolçular və məşqçilərə ödənişlərlə bağlı yanlış məlumat verməkdə, UEFA-nın maliyyə qaydalarını və Premyer Liqanın gəlirlilik və dayanıqlılıq tələblərini pozmaqda ittiham olunurdu.
"Mançester Siti" bütün ittihamları ardıcıl şəkildə rədd edib. Klubun mövqeyinə görə, proses hələ başa çatmayıb və qərardan apellyasiya veriləcək.
Mətləb