Siyasət

  • 3 028

YAP Şəmkir rayon təşkilatı İdarə Heyətinin növbəti iclası keçirilib

image

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. İclasda YAP Şəmkir rayon təşkilatı İdarə Heyətinin üzvləri və bir sıra ərazi ilk partiya təşkilatlarının sədrləri iştirak ediblər.

İclasda “Şəhid ailələrinə qayğı” aksiyasının gedişi barədə məlumat dinlənilib. YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür diqqət və qayğı ilə əhatə olunmaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər xalq tərəfindən rəğbətlə qarşılanır. Dövlətin dəstəyi ilə yanaşı cəmiyyətin ayrı- ayrı təbəqələri bu kateqoriyadan olan insanlarımıza həsaslıqla yanaşır və dəstəklərini əsirgəmirlər. Yeni Azərbaycan Partiyası keçirdiyi “Şəhid ailələrinə qayğı” aksiyasını insanlarımız rəğbətlə qarşılayır və təqdir edirlər.
İclasda aksiya çərçivəsində YAP-ın Şəmkir rayon təşkilatının həyata keçirdiyi tədbirlərdən, eyni zamanda şəhid ailələrinin və qazilərin problemlərinin həlli istiqamətində görülən işlərdən danışılıb, bu işə müntəzəm xarakter verilməsinin vacibliyi qeyd olunub.
İclasda həmçinin, təşkilatın iş planına uyğun olaraq ərazi ilk partiya təşkilatlarında partiya üzvlük haqlarının hesablanıb köçürülməsi vəziyyəti müzakirə olunub. YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, üzvlük haqlarının ödənilməsi partiya intizamının mühüm tərkib hissəsi və partiya üzvlərinin vəzifələrindən biridir.

yap.org.az

Digər xəbərlər