Siyasət

  • 6 100

İLHAM ƏLİYEV FAKTORU: QURUCU LİDER, MÜZƏFFƏR SƏRKƏRDƏ REALLIĞINDA! MƏQALƏ

image

Artıq bir danılmaz faktdır ki, Azərbaycan xalqının Lideri, Prezident İlham Əliyev yaşadığımız və sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində saxlayır, müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə baş verən ciddi dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə edir, ölkəmizi istər gözlənilməz, istərsə də gözlənilən risklərdən uğurla qoruyur. Söz yox ki, dövlət başçımız müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün kataklizmləri irəlicədən görür və Azərbaycanı bu gözləntiləri qarşılamaq üçün qabaqcadan hazırlayır, öz Vətənini həyatın bütün sahələrində qələbələrdən-qələbələrə doğru qovuşdurur.Doğma xalqının parlaq gələcəyinə hesablanmış müdrik islahatlar həyata keçirən böyük dövlət xadimi İlham Əliyevin – Qurucu, Qalib və Mütərəqqi Prezidentin inkişafın bütün sahələrini əhatə edən zəfər yürüşü uğurla davam edir!..

Azərbaycan dövlətinin və xalqının Lideri qarşısına çıxan bütün problemlərin həllində müdriklik, qətiyyət, cəsarət və milli maraqlara sədaqət nümayiş etdirdi

Bəllidir ki, cənab İlham Əliyev Azərbaycan kimi çox mühüm geosiyasi mövqeyə və əhəmiyyətə malik olan, qlobal maraqların və ziddiyyətlərin kəsişdiyi məkanda yerləşən bir ölkəyə başçılıq edir. Bu, dövlətçilik tariximizin çox mühüm amildir. Belə ki, ötən illər ərzində Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət potensialı çox çətin sınaqlardan çıxdı. Ölkəmizin başçısı dahi dövlət xadimi Heydər Əliyevin dərindən-dərinə ölçüb-biçərək uzun müddət üçün hazırladığı və heç bir alternativi olmayan xarici siyasət strategiyasını zərgər dəqiqliyi ilə müasir tələblər çərçivəsində həyata keçirdi. Ağır çətinliklərlə qarşılaşdı, lakin yolundan dönmədi və xalqın iradəsinə söykənərək qələbə qazandı.Bəzi dövlətlər Heydər Əliyevdən sonra Azərbaycanı asılı vəziyyətə salmaq üçün yeni-yeni cəhdlər göstərsələr də, möhkəm iradəyə malik olan İlham Əliyevin proqressiv, qətiyyətli, prinsipial, sarsılmaz və cəsarətli gedişləri nəticəsində geri çəkilməyə məcbur oldular. Azərbaycanı tutduğu yoldan döndərə bilmədilər və nəticədə müstəqil Azərbaycan Respublikası heç bir dövlətin forpostuna çevrilmədi - əksinə regional gücə çevrilərək, inkişaf və tərəqqi yolunu beynəlxlq müstəviyə doğru genişləndirdi, söz sahibi, möhtəşəm layihələrin təşəbbüskarı olaraq çıxış etdi. Fikrimcə, Azərbaycan xalqının böyük xoşbəxtliyidir ki, onun Prezidenti bugünkü sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində uğurla saxlaya bilir, müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə etməyi bacarır. Bununla İlham Əliyev ona "özü qədər inanan" Ulu Öndərimizin siyasi vəsiyyətini şərəflə doğruldur!Azərbaycanın dövlət başçısı yaradıcı və yenilikçi Liderdir. Prezident İlham Əliyev dünyada və ölkənin daxilində gedən dəyişiklikləri daim izləyir, idarəçilik fəaliyyətində nəzərə alır, Vətəninin və doğma xalqının daha da inkşaf etməsi naminə daim yeni yollar axtarır. İlham Əliyevin xarici və daxili siyasəti, həyata keçirdiyi bütün islahatlar, gördüyü böyük quruculuq və abadlıq işləri onun yaradıcı, yenilikçi və qurucu Prezident olmasının parlaq təzahürləridir.
Burada dünya şöhrətli Çingiz Aytmatovun "İlham Əliyev müasir dünyamızın lider etalonudur" ifadəsi bir də yada düşür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yurdumuzun bütün vətəndaşlarının, bütün bölgələrinin, bütün regionlarının prezidentidir. Qurucu Prezidentin bugünkü qaynar fəaliyyəti sübut edir ki, ölkənin hər bir vətəndaşı, hər bir bölgəsi, hər bir regionu onun üçün eyni dərəcədə əzizdir, doğmadır. İlham Əliyevə olan ümumxalq sevgisinin sirri də məhz bundadır. Məhz buna görə ölkə başçısı Azərbaycanın hər yerində eyni dərəcədə böyük hörmət və ehtiramla sevilir.Prezident İlham Əliyev Azərbaycanın tarixi inkişafında yeni və olduqca gərəkli bir proqramın yerinə yetirilməsini qarşıya əsas məqsəd qoyub: təbii-tarixi xüsusiyyətlərinə və ənənələrinə uyğun olaraq Azərbaycanın bütün regionlarının iqtisadi cəhətdən inkişaf etdirilməsinə nail olmaq - bu siyasəti bütün xalqımız alqışlayır. Bu müdrik siyasətin bəhrələri göz önündədir. Artıq əhalimiz sürətlə artır. Lap yaxın gələcəkdə Azərbaycan 10 milyonu aşmışdır. Artıq Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxu bizim ölkəmizdə cəmlənmişdir.Prezident İlham Əliyev ardıcıl surətdə vətəndaş həmrəyliyini möhkəmləndirmək siyasəti yeridir. O, cəmiyyətdə qarşıdurmanın, gərginliyin, soyuq münasibətlərin qəti əleyhdarıdır, Azərbaycanın parlaq gələcəyi naminə bütün xalqımızı daha sıx birləşdirməyə çalışır.

GÜCLÜ İQTİSADİYYATDAN QARABAĞ ZƏFƏRİNƏ!

Ümummilli Lider Heydər Əliyevin müdrik kəlamlarının birində deyilir ki, "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Güclü iqtisadiyyatı olan ölkənin güclü orduya malik olması onun mövqelərini daha da möhkəmləndirir, gücləndirir, dünya birliyindəki nüfuzunu artırır, milli maraqlarının qorunmasında böyük rol oynayır. Bəli, güclü iqtisadiyyat güclü dövlət deməkdir. Məhz bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyev fəaliyyətdə olduğu bütün dövrlərdə dövlət üçün xüsusi əhəmiyyət kəsb edən iqtisadi siyasət sahəsinə önəmli diqqət yetirib.Məhz bu kimi önəmli faktorun təhlilini apararkən, Azərbaycanın bu siyahıda birinci olması şəksizdir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, əldə edilmiş uğurların dünyada bərabəri yoxdur. Bəli, həqiqətən də bu danılmaz aksiomadır. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi də təsadüfi deyil. Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik".
Bu fakt son illərdə Azərbaycan iqtisadi göstəricilərinə görə islahatçı ölkələr siyahısında olması bir daha deyilənlərin göstəricisidir. Belə ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 17-18 illik dövr ərzində 2,7 milyon yeni iş yerləri yaradılıb. Azərbaycan iqtisadiyyatı 3,5 dəfə, qeyri-neft sektoru 2,9 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,4 dəfə, əsas kapitala yönəlmiş vəsaitlərin həcmi 2,9 dəfə, dövlət büdcəsinin gəlirləri 20 dəfə, əhalinin nominal gəlirləri 9,9 dəfə, iqtisadiyyatın kreditləşməsi 22,8 dəfə artıb. İşsizlik səviyyəsi 49,2 faizdən 4,8 faizədək, yoxsulluq səviyyəsi 44,7 faizdən 4,8 faizədək azalıb. Həyata keçirilən islahatlar nəticəsində minimum pensiya 200 manata, minimum əməkhaqqı 250 manatadək artıb. Hazırda nominal orta əməkhaqqı 700 manatdan çoxdur. Rəqəmlər göstərir ki, Azərbaycan iqtisadiyyatı son illərdə kifayət qədər çox ciddi inkişaf yolu keçib. Xüsusən də fiskal gəlirlərdə müşahidə edilən artım, dövlət gəlirlərinin 20 dəfə artması böyük rəqəmdir. Belə bir artım digər ölkələrin təcrübəsində çox nadir rast gəlinən artımdır. 2003-cü ildən ölkə iqtisadiyyatına 260 milyard dollardan çox investisiya yatırılması sayəsində ölkəmizin karbohidrogen ehtiyatlarının ixrac kəmərləri, beynəlxalq logistik nəqliyyat dəhlizləri, ölkə daxili infrastruktur tikilib, Azərbaycan dünyanın ən sürətli inkişaf edən iqtisadiyyatına malik ölkələrin sırasına daxil ola bilib. Beynəlxalq Valyuta Fondunun statistikasına görə, hazırda Azərbaycan iqtisadiyyatı alıcılıq qabiliyyəti paritetinə görə Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının 70 faizini təşkil edir. Azərbaycan enerji sahəsindən əldə olunan gəlirlərin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsünə xüsusi əhəmiyyət verir. Bu məqsədlə 1999-cu ildə Dövlət Neft Fondu yaradılmışdır. Yaranma vaxtı aktivlərinin 270 milyon dollar təşkil etdiyi Fondun bu günə olan aktivlərinin həcmi ölkənin ümumi daxili məhsulunu üstələyir. Azərbaycan gəlirlərin ədalətli bölgüsünün səviyyəsinə görə dünya üzrə ən yüksək pillələrdədir. Məhz ötən illər ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar müasir Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini kifayət qədər artırmış olub. Prezident İlham Əliyev cənablarının dediyi "Əldə edilmiş uğurların dünyada bərabəri yoxdur" fikri, bu gün həqiqətən də ölkəmizdə, xüsusilə Vətən müharibəsi getdiyi bir zamanda sübuta yetirdi.

DÜNYAYA SƏS SALAN QALİBİYYƏT SİMVOLU

Mənfur terrorçu Ermənistanın sentyabrın 27-də ölkəmizə hücumuyla başlanan İkinci Vətən müharibəsi başlayan gündən bütün dünya bir daha şahidi oldu ki, Azərbaycan həqiqətən də güclü dövlətdir və bunu işğalçı, faşist xislətli düşmən dövlət də əməli şəkildə gördü. Bu gün bir-birinin ardınca işğal olunmuş torpaqlarımızın azad olunması, məhz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının uzun illər ərzində həyata keçirdiyi ordu quruculuğu nəticəsində dünyanın ən güclü 50 ordusundan birinə çevrilməsidir ki, Müzəffər Azərbaycan Ordusu və rəşadətli əsgərlərimiz bu gün döyüş meydanında öz sözünü deyir və işğalçılıq siyasətindən əl çəkmək istəməyən Ermənistan öz layiqli cavabını alır. Çünki Azərbaycan haqq və ədaləti, beynəlxalq hüquq müstəvisində öz ərazi bütövlüyünün bərpa olunması yolunda mübarizədə Qalib gələrək bir daha sübut etdi ki, Qarabağ Azərbaycandır! Bu qələbənin altındakı imzanın müəllifi isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik və qətiyyətli siyasəti, Ordumuzun gücü, rəşadətli əsgər və zabitlərimizin şücaəti, xalqımızın öz rəhbəri ətrafında səfərbərliyi Vətən müharibəsində Qələbəni təmin etdi. Dekabrın 10-da keçirilən Zəfər paradı da xalqımız öz tarixi qələbəsini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu parad hər birimizi qürurlandırdı, duyğulandırdı, qələbəmizlə fəxr etdik. Bu parada səbəb olan qələbə Azərbaycanın bir dövlət olaraq gücünü, qüdrətini, xalqımızın öz haqqı uğrunda mübarizə aparmaq əzmini beynəlxalq ictimaiyyətə bir daha yaxından tanıtdı. Bu qələbə ilə dünya erməniliyinin onilliklər boyu Azərbaycana qarşı apardığı saxta təbliğat iflasa uğradı.Yeri gəlmişkən, qeyd etmək istərdim ki, bu günlərdə 35 jurnalisti iştirak etdiyi 4 saatlıq unikal press-konfransda İlham Əliyev cənabları bir daha bütün dünyaya özünün müdirlikliyini, peşəkar siyasətci, cahanşümal ordu komandanı olduğunu sübut etdi. Bu sual-cavabda xalqımız üçün də bəzi qaranlıq məqamlara aydınlıq gətirildi. Eyni zamanda, Onun ali diplomatik bacarığının növbəti isbatı oldu ki, beynəlxalq aləm Azərbaycanm reallığının bir daha şahidinə çevrilmiş oldu.Prezident İlham Əliyev öz müdrik siyasəti ilə zamanı yetişdirdi və rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edərək Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Qarabağın tacı Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında üçrəngli bayrağımızı ucaltdı və həmin qələbə bayraqları Zəfər paradında Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır! nümayiş etdirildi. Azərbaycanımızı, xalqımızı isə qarşıda daha nəhəng, daha davamlı uğurlar gözləyir - İlham Heydər oğlu Əliyev Cənablarının Liderliyi, rəhbərliyi və əlbəttə ki, müdrik siyasəti nəticəsində. Çünki bu gün Onun ətrafında həm də tükənməz xalq amili, tükənməz xalq sevgisi formalaşıb. Bizə, xalqımıza bu hissi, möhtəşəm qələbə sevincini yaşatdığınız üçün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına minnətdarıq.

PANDEMİYA SINAQ MEYDANI İDİ...

Səmərəli sosial-iqtisadi siyasətdən bəhs edərkən konkret bir reallığı ifadə etmək lazımdır: Azərbaycan dövləti daim öz vətəndaşının yanındadır. Bu inkaredilməz həqiqət pandemiya şəraitində də özünü göstərir. Prezident İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli Sərəncamın icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması üçün çoxistiqamətli proqramlar müəyyənləşdirilib. Sənəddə məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapıb. Bu istiqamətlərə iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, ödənişli ictimai iş yerlərinin sayının artırılması, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara birdəfəlik ödəmələrin verilməsi, 2,3 milyon insanı əhatə edən sosial ödənişlərin davamlılığı, işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və s. məsələlər daxildir.Beləliklə, iş yerlərinin saxlanılması üzrə tədbirlər, koronavirus pandemiyasından zərər çəkmiş fərdi sahibkarlara maliyyə dəstəyi, sahibkarlara vergi güzəştləri, imtiyazlar və vergi tətilləri verilməsi yolu ilə onların vergi yükünün azaldılması, kreditvermənin stimullaşdırılması və ən əhəmiyyətlisi, əhaliyə birbaşa sosial dəstək göstərilməsi böyük sosial-iqtisadi önəm kəsb edir. Eyni zamanda, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayandığını bir da təsdiq edir.Azərbaycan pandemiya dövründə də öz "məsuliyyətli ölkə" statusunun qorunmasına müvəffəq oldu. Azərbaycan bütün lazımi tədbirləri reallaşdırdı. Bir çox ölkələrin maddi vəziyyəti, xüsusilə indiki dövrdə çox aşağıdır. Bir çox ölkələr vətəndaşların gündəlik tələbatlarını ödəyə bilmirlər. Bu dövr ərzində Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib.Ölkənin beynəlxalq təşəbbüsləri pandemiya dövründə də davam edir. Beynəlxalq müstəvidə Zirvə görüşlərinin keçirilməsinin də təşəbbüskarı olan Azərbaycan, həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının iki Zirvə görüşünü COVID-19-a həsr etmişdir.

SOSİAL PRİORİTETLƏR DİQQƏT MƏRKƏZİNDƏDİR

Sosial siyasətlə bağlı qanunların qəbulu da ötən müddətdə əsas siyasi strategiya olub. Ötən illər ərzində təqaüdçülərin, əlillərin, şəhid ailələrinin, milli qəhrəmanların ailələrinin, qaçqın və məcburi köçkünlərin, digər sosial kateqoriyalardan olanların sosial müdafiəsi ilə bağlı çoxlu sayda hüquqi aktların qüvvəyə minməsi bu sahədə ciddi dəyişikliyə səbəb olub. Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında görülən işlər ölkəmizdə iqtisadi islahatların dərinləşməsini və vətənimizin bazar iqtisadiyyatı istiqamətində müvəffəqiyyətlə irəliləməsini, xalqın həyat səviyyəsinin dinamik olaraq yüksəlməsini bir daha sübut edir. Ölkəmizin iqtisadi inkişaf perspektivləri nəzərə alınmaqla qarşıdakı illərdə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək.Digər mühüm məsələ ölkədə bütün sahələri əhatə edən kompleks xarakterli və sistemli islahatların həyata keçirilməsidir. Bu islahatlar istər məhkəmə-hüquq sistemində şəffaflığın artırılması, istər siyasi sistemin yeni konfiqurasiyasının formalaşması, istərsə də kadr potensialının gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.Sosial siyasətin başlıca məqsədlərindən biri də cəmiyyətin başlıca sosial problemlərindən olan yoxsulluğun səviyyəsinin azaldılmasıdır. İqtisadiyyatın sürətli inkişafı yoxsulluğun səviyyəsinin azaldılması üçün geniş imkanlar açıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi kəskin şəkildə azalıb. Ümumiyyətlə, Azərbaycanda yoxsulluğun səviyyəsinin bir neçə dəfə aşağı düşməsi onu göstərir ki, sosial siyasət çox düzgün aparılır və iqtisadi imkanlar ən çətin vəziyyətdə yaşayan insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilib.
"Azərbaycan güclü sosial siyasət aparmaqla həm öz dövlət siyasətini, öz niyyətini göstərir, həm də ki, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün çox böyük işlər görür. Biz gələcəkdə bu siyasəti davam etdirəcəyik və ehtiyacı olan, növbədə dayanan hər bir insanın məişət problemlərinin həlli üçün çalışacağıq... Azərbaycan dövlətinin iqtisadi imkanları böyüyür, möhkəmlənir...", - deyən Prezident İlham Əliyevin sosial siyasətinin əsas gücünü ünvanlılıq, ədalətlilik və bərabərlik təşkil edir. Məhz bu siyasətin nəticəsidir ki, cəmiyyətdə ünvanlılığa, ədalətə və bərabərliyə əsaslanan güclü sosial baza yaradılıb.
Bu xüsusda Prezident İlham Əliyevin ikinci Qarabağ müharibəsində yaralanmış hərbçilərimizə göstərilən dövlət dəstəyi, həmçinin Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hərbçilərimizin ailələrinə göstərilən diqqət və qayğı, onların sosial məsələlərinin operativ həll olunması barədə verdiyi tapşırıqları, ailələrin evlərlə, mənzillərlə təmin olunması kimi yüzlərlə faktlar qeyd edilən fikirləri sübuta yetirməkdədir.Belə ki, 44 günlük müharibə vaxtı Azərbaycanın hərbi əməliyyatlar aparılmayan ərazisində ermənilərin hərbi cinayətləri nəticəsində 93 mülki şəxs həlak oldu, 400-dən çox mülki şəxs yaralandı, 3 mindən çox bina dağıldı. Dağılmış bütün evlərin hamısı dövlət hesabına yenidən tikiləcək, zərər görmüş bütün evlər dövlət tərəfindən bərpa ediləcək;Bu günlərdə möhtərəm Prezidentimiz şəhid ailələrinə mənzil paylayarkən səsləndirdiyi bəzi fikirləri və rəqəmləri bir daha yada salmaq istəyərdim. Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq,vətəndaşlarımızın itirilmiş mülkiyyəti bərpa ediləcək. Onlar üçün tikiləcək evlər, əvvəlki evlərdən daha yaxşı, daha geniş olacaq, Qarabağ əsl cənnət məkanına çevriləcək, yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək,Azərbaycan dövləti məcburi köçkünlərin məskunlaşdırılması üçün bütün imkanlarından istifadə edəcək, bütün yaralı əsgər və zabitlər sağaldılacaq, onların normal həyata qayıtması üçün bütün lazımi tədbirlər görüləcək və görülməkdədir, yaralı əsgər və zabitlərin gələcək həyatlarının qurulmasına bütün dövlət qurumları, özəl şirkətlər cəlb olunacaq, onları, işlə təmin etmək üçün xüsusi addımlar atılır, şəhid ailələrinin problemləri öz həllini tapır. Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək,vətən müharibəsində şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində maddi dəstək göstəriləcək, dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcək.Qeyd etdiyimiz kimi, bu kontekstdə torpaqlarımızın azadlığı uğrunda vuruşan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı xüsusi qeyd olunmalıdır. Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir. Ümumiyyətlə, Azərbaycanda bu istiqamətdə görülən tədbirlər sistemində ünvanlılıq prinsipi əsas götürülür, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid və qazi ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Başqa sözlə, dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsi yüksək səviyyədə təşkil edilir.

BÖYÜK QAYIDIŞ, TARİXİ MƏRHƏLƏ!

44 gün davam edən, amma bütün tarixboyu danışılacaq Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra artıq ölkəmizin həyatında yeni mərhələ-quruculuq, inkişaf, işğaldan azad edilmiş torpaqlarımızın bərpası dövrü başlayır. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev istər Vətən müharibəsi dövründə cəbhədən gələn qələbə xəbərlərini xalqa çatdırarkən, istər xarici mətbuata müsahibələrində, istər Azərbaycanın hərbi-siyasi Qələbəsinin təsdiqi olan 10 noyabr üçtərəfli razılaşmasından sonra, istərsə də Zəfər sevincini bölüşmək üçün işğaldan azad edilmiş şəhər və kəndlərimizə səfərləri zamanı bu əminliyi ifadə etmişdir ki, Qarabağ bölgəsində cənnət yaradacağıq. Xalqımız buna layiqdir. Böyük qayıdış proqramı hazırlanır. Tezliklə Azərbaycan xalqı və bütün dünya işğaldan azad olunmuş, dirçəldilmiş şəhərlərimizi, kəndlərimizi görəcək, xarici qonaqlar bu ərazilərimizi ziyarət etməyə maraq göstərəcək, bir sözlə, inkişaf modeli daim dünyaya nümunə olan Azərbaycanın həyatında yeni mərhələ başlayacaq. Dağlıq Qarabağ münaqişəsi geridə qalmaqla Azərbaycanın yeni iqtisadi və sosial inkişaf konsepsiyasının hazırlanmasını və uğurlu icrasını şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bütün şəhərlərin, kəndlərin bərpası vahid konsepsiya əsasında həyata keçiriləcək: "Azərbaycanın hər bir bölgəsi kimi, işğaldan azad edilmiş ərazilərimiz də zəngin potensiala malikdir. Məlumdur ki, Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. İşin təşkilini təmin etmək məqsədilə Əlaqələndirmə Qərargahı nəzdində idarələrarası mərkəz, mərkəzin nəzdində 16 işçi qrupu formalaşdırılıb. İşçi qruplarında 55 dövlət qurumunun nümayəndəsi iştirak edir. Bütün işlər planlı və kompleks yanaşma əsasında həyata keçirilir.Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşada bütün işlərin planlı şəkildə həyata keçiriləcəyini bildirdi. Əsas diqqət göstərilən məsələlərdən biri də tarixi abidələrimizin bərpa olunmasıdır. Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Bunu hər kəs bilir və bu qərar yüksək qiymətləndirilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar. Şuşa demək olar ki, dağılıb, bütün binalar dağılıb. Şuşanın hər bir məhəlləsi, hər bir daşı tarixdir. Qarşıya qoyulan hədəflərə nail olmaq, davamlı inkişafı təmin etmək üçün vətəndaş məmnunluğunun artırılması əsasdır. Bu isə öz növbəsində dövlət məmurlarının üzərlərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirmələrini bir tələbə çevirir. Möhtərəm Prezidentimizin məmurlardan tələbi daim bu olub: Dövlət maraqları hər şeydən üstün olmalı, məmurlar xalq üçün yaşamalı, onların qayğıları ilə maraqlanmalı, məsuliyyət hissini unutmamalıdırlar. "Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!" söyləyən dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri işğaldan azad edilmiş ərazilərimizdə başlanan quruculuq və bərpa işlərində də öz şəxsi və qrup maraqlarını güdən bəzi məmurlara ciddi mesajdır. Möhtərəm Prezidentimiz hər zaman çıxışlarında bildirir ki, Azərbaycan hüquqi dövlətdir. Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur.Dövlətimiz tərəfindən həyata keçiriləcək tədbirlər, həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq. İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur.İlkin mərhələ idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlər isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələlərini özündə ehtiva edir. Hər bir bölgəmizin təbii ehtiyatları, ənənəvi iqtisadiyyat sahələri, nəqliyyat qovşaqlarına, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq onların ixtisaslaşması nəzərdə tutulub. Azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələri kimi aqrar sektor, kənd təsərrüfatı məhsullarının emalı və turizm sahələri müəyyənləşdirilib.Beləliklə, böyük qayıdış planının icrası ölkəmizin növbəti tarixi mərhələsini ehtiva edir və bu mərhələdən sonra Azərbaycanımızı daha böyük, daha mütərəqqi və daha qətiyyətli uğur tandemləri gözləyir – xalq, iqtidar-Prezident birliyi ilə!

Hadı RƏCƏBLİ,
YAP Siyasi Şurasının üzvü,
Siyasi elmlər doktoru, professor

sia.az

Digər xəbərlər