Siyasət

  • 4 622

Fatma Yıldırım: Müsəlman ölkələri Ermənistanın islamofob siyasət həyata keçirməsini nəzərə almalıdır

image

“Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktı törədib, bütün maddi, mədəni, tarixi və dini abidələr məhv edilib. Ermənistan Azərbaycan xalqının irsini qəsdən hədəf alan, bir vaxtlar işğal olunmuş ərazilərdə çoxsaylı hərbi cinayətlər həyata keçirib. Təkcə onu demək kifayətdir ki, ermənilər tərəindən bu dövrdə 70-ə yaxın məscid, çoxlu sayda mədəni-tarixi abidələr məhv edilib”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, ermənilərin bu vandallığı xalqımızın mədəni-tarixi irsinə qarşı soyqırımıdır. Azərbaycan Ermənistanın bu cinayətləri haqqında müvafiq beynəlxalq təşkilatları məlumatlandırıb və qarşısının alınmasını tələb edib. Amma Ermənistan işğalçılıq siyasətini davam etdirdiyi dövrdə beynəlxalq missiyaların Azərbaycanın işğal olunmuş ərazilərini ziyarət etməsinə icazə verməyib.
44 günlük Vətən Müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalından azad etdik. Biz artıq ermənilərin torpaqlarımızda hansı vəhşiliklər törətdiyinin əyani şəkildə şahidi olduq. Azərbaycan dövləti Ermənistanın mədəni-tarixi irsimizə, dini abidələrimizə vurduğu ziyanın dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli tədbirlər həyata keçirir. İşğaldan azad olunmuş ərazilərimizə diplomatik korpusun nümayəndələrinin, yerli və xarici KİV-lərin, eləcə də müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin səfərləri təşkil olunur. Burada məqsəd erməni vandalizminin beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılmasıdır.
Millət vəkilinin sözlərinə görə, bu baxımdan İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvlərinin ölkəmizə səfəri çərçivəsində Gəncə və Ağdam şəhərlərində erməni vəhşiliyi ilə yerində tanış olmaları ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir: “Səfər zamanı müsəlman ölkələrinin nümayəndələri erməni vəhşiliyinin canlı şahidi oldular. Ona görə də, bu səfərin siyasi və mənəvi əhəmiyyəti böyükdür. Biz bilirik ki, ötən dövr ərzində İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsini pisləyən qətnamələr qəbul edib. Eləcə də, İƏT Parlament İttifaqı Xocalı soyqırımını tanıyıb. Heab edirəm ki, Ermənistanın Azərbaycan ərazilərində törətdiyi vandalizmi dünya ictimaiyyətinə çatdtırmaq üçün İƏT mühüm beynəlxalq platformadır. Məlumdur ki, Ermənistanın xarici siyasətində bir çox müsəlman ölkələri ilə əməkdaşlıq da yer alır. Amma düşünürəm ki, müsəlman ölkələri Ermənistanın islamofob siyasət həyata keçirməsini nəzərə almalıdır. Ağdama səfər zamanı İƏT təmsilçiləri müsəlmanların dini abidələrinin necə məhv edildiyinin şahidi oldular, gördükləri hadisələrdən çox təsirləndilər. Ermənilər işğal altında saxladığı ərazilərimizdə 63 məscidi tamamilə məhv ediblər. Yalnız üç məscid qismət salamatdır, onları da öz məqsədləri üçün tam dağıtmayıblar. Zəngilan işğaldan azad olunan zaman bütün dünya məsciddə ermənilərin donuz saxladığının şahid oldu. Ona görə də, müsəlman ölkələri Ermənistanla münasibətlərdə bu faktları nəzərə almalıdır. Çünki Ermənistan İslam dəyərlərinə düşməncəsinə yanaşır. Düşünürəm ki, Ağdama səfər edən İƏT ölkələrinin təmsilçiləri gördükləri mənzərəni öz cəmiyyətlərinə çatdıracaqlar. Çünki bu səfər nəticəsində onlarda erməni vandalizmi ilə bağlı dəqiq fikir formalaşır”.

yap.org.az

Digər xəbərlər