Siyasət

  • 3 722

Heydər Əliyevin liderlik məktəbi

image

Hər bir xalqın tarixində həlledici rol oynayan, adı daim yaddaşlarda qalan tarixi şəxsiyyət vardır. Azərbaycan xalqının tarixində də belə şəxsiyyətlərdən biri Ümummilli Lider Heydər Əliyevdir.Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyət tarixinə nəzər salsaq, bu zaman kəsiyi yarım əsrdən artıq bir dövrü özündə ehtiva edir. Azərbaycan tarixinin ən mükəmməl şəxsiyyəti və lideri, dünya miqyasında tanınmış siyasətçi Heydər Əliyevdən danışarkən ilk növbədə, onun 20-ci əsrin 60-ci illərinin sonundan etibarən Azərbaycan KP MK-nin I katibi şeçildikdən sonrakı siyasi fəaliyyətinə nəzər salmaq lazımdır. Çünki bu, Azərbaycan xalqının tarixində dönüş nöqtəsidir.Ulu Öndər Heydər Əliyevin bu illərdəki siyasəti, yüksək intellekti nəticəsində yeni Azərbaycan və bugünkü Azərbaycanın gerçəklikləri yaranmış və gələcəyə aparan yollar müəyyənləşdirilmişdir. 1969-1982 ci illər ərzində quruculuq, abadlıq, sosial və ekoloji problemlərin həlli istiqamətində çox ciddi addımlar atılmışdır. Bu zaman kəsiyində ölkəmiz iqtisadi cəhətdən inkişaf etmiş, vətəndaşların maddi rifahı, əmək və məişət şəraiti yaxşılaşdırılmışdır. Milli-mədəni irsimizin, xüsusilə də dilimizin qorunub saxlanılmasına həssaslıqla yanaşılmış. Ədəbi irsimizə biganəlik aradan qaldırılmış, ədəbi şəxsiyyətlərimizin yubileylərinin keçirilməsi ilə bağlı qərarlar vermiş və özü bu tədbirlərin fəal iştirakçısı olmuşdur.1993-cü il 3 oktyabr tarixindən etibarən Ulu Öndərin gələcəyə hesablanmış strategiyası Azərbaycanın dünya siyasətində yerini və rolunu müəyyənləşdirdi. Ümummilli lider Heydər Əliyevin diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin dünya səviyyəsinə çıxarılması və onun həlli ilə bağlı xüsusi konsepsiya hazırlayaraq konkret vəzifələri həyata keçirmək üçün ardıcıl siyasi kurs planlaşdırdı.Ümummilli Liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində bu gün də yaşayır və inkişaf edir. Məhz bunun nəticəsidir ki, biz bu gün haqq sözunü dünyaya bəyan etmiş qalib ölkəyik. Heydər Əliyevin siyasəti bir liderlik məktəbidir. Bu məktəbin davamçıları isə bir şüar altında birləşib: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir! Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”.

Sabir Rüstəmov,
YAP Gənclər Birliyinin üzvü

sia.az

Digər xəbərlər