Siyasət

  • 3 644

“Qələbəmizin təməli”

image

Tariximizin Heydər Əliyev dövrü müasir Azərbaycan cəmiyyətinin formalaşması, vəzifələrin uğurla və ardıcıl olaraq yerinə yetirilməsi ilə seçilir. Ulu öndərin rəhbərliyi illərində Azərbaycan böyük və sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur.Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş yeni konsepsiyadan irəli gələn vəzifələrdən biri Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, Azərbaycan əleyhinə yaradılmış fikir cəbhəsini darmadağın etmək, haqq işimizi dünya dövlətləri və dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq respublikamız ətrafındakı informasiya blokadasını yarmaqdan ibarət idi. Bu istiqamətdə atılacaq ilk addım Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri, ermənilərin ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və bu siyasətin dəhşətli nəticələri haqqında dünya ictimaiyyətini dəqiq məlumatlandırmaqdan ibarət olmalı idi. Ulu öndərin bu istiqamətdə həyata keçirdiyi ardıcıl xarici siyasət nəticəsində beynəlxalq müstəvidə Azərbaycanın haqlı mövqeləri səmərəli müdafiə olunmağa və həqiqətlər dünya ictimaiyyətinə çatdılırmağa başlanmışdır.Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Prezident Heydər Əliyevin geniş və çoxşaxəli fəaliyyətinin əsas məzmununu münaqişənin beynəlxalq normalara uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizama salınması təşkil edirdi. Vaxtilə dünya siyasətindən demək olar ki, təcrid olunmuş, informasiya blokadasında sıxılan, haqqı tapdandığı halda erməni təbliğatı sayəsində üstəlik dünya birliyinin də qınağına tuş gələn, ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi Azərbaycana hər cür yardım göstərilməsini qadağan edən “Azadlığı dəstək aktı”na 907-ci düzəliş” deyilən ədalətsiz sənədlə ayrı-seçkiliyə məruz qalan Azərbaycan yalnız Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın bütün demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətini kökündən dəyişdirməyə nail ola bildi.Bütövlükdə, Azərbaycanın xarici siyasəti ölkənin milli təhlükəsizliyinin etibarlı təminatıdır. Bu, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən müasir xarici siyasət kursunun məzmunundan qaynaqlanır. Əsasını varislik ilə yenilik arasındakı tarazlıq təşkil edən bu model mövcud konyunkturanın dəyişikliklərinə əməli surətdə cavab verməyə, eyni zamanda, ölkənin davamlı inkişafını təmin etmək üçün əlverişli xarici şəraitin yaradılmasına yönələn diplomatik strategiyanın saxlanılmasına imkan yaratmışdır.Heydər Əliyev məktəbinin müdavimləri olaraq biz gənclər onun qoyduğu siyasəti davam etdirəcək və cənab Prezidentin bizə göstərdiyi etimadı doğruldacağıq!

Nərmin Heydərova,
YAP Gənclər Birliyinin üzvü

sia.az

Digər xəbərlər