Siyasət

  • 4 348

"Azərbaycanın əzəli torpağı - ZƏNGƏZUR" MƏQALƏ

image

Azərbaycanın qədim, əzəli torpağı olan Zəngəzur mahalının taleyi hələ 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə müəyyən edilmişdi. Ermənistanı da sovetləşdirmək istəyən bolşeviklər (RKbP) 1920-ci il 10 avqustda Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olundu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olunduqdan sonra Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Bu qərarla Zəngəzur mahalının böyük bir hissəsi Ermənistan SSR-yə “bağışlanıldı”. Azərbaycan SRR-nin tərkibində qalan hissədə isə Zəngilan, Qubadlı və Laçın rayonları yaradıldı. 1933-cü ildə Ermənistan SSR-nin ərazisinin rayonlara bölünməsi ilə Zəngəzur adı xəritələrdən silindi. 1992-1993-cü illər hadisələri zamanı erməni hərbi qüvvələri Azərbaycanın tərkibində olan tarixi Zəngəzur mahalının yerində yaradılan yuxarıda qeyd olunan üç rayonu da işğal etdi.Müstəqil Azərbaycanın yaranması ilə sürətləndirilmiş erməni işğalları nəhayət 1994-cü ildə Bişkek protokolu ilə dayandırıldı. 30 ilə yaxın keçən müddətdə isə Azərbaycan xalqı və Ulu öndər Heydər Əliyev və onun siyasi varisi cənab İlham Əliyev heç bir vaxt erməni işğalları ilə barışmadı və növbəti qarşılaşma gününədək daim öz iqtisadi, siyasi, hərbi gücünü artırmağa çalışdı. Bunun nəticəsi olaraq Azərbaycan son 30 ildə Cənubi Qafqazın ən güclü dövlətinə çevrildi. Və nəhayət Azərbaycan xalqının səbirsizliklə gözlədiyi gün gəlib çatdı, 27 sentyabr 2020-ci ildə Azərbaycan və Ermənistan arasında növbəti müharibə başlandı. İlk müharibədə yeni müstəqil olmuş dövlətin zəifliyindən istifadə edən ermənilər bu müharibədə qarşılarında tam fərqli və müqayisə olunmaz dərəcədə güclənmiş Azərbaycanla qarşılaşdılar. 44 gün davam edən müharibə nəticəsində Ermənistan tərəfi böyük məğlubiyyətə uğrayaraq, 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü kapituliasiya aktına (bəyanat) imza çəkməyə məcbur oldular.Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olaraq imzalanan müqaviləyə Azərbaycan respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar respublikasını quru yolla birləşdirəcək dəhlizin yaradılması haqqında bənd də əlavə edildi. Bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur. Zəngəzur dəhlizi eni 5 km olan Laçın dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyası rolunu oynayacaqdır. Azərbaycan tərəfi imzalanan bəyanata əsasən yaradılacaq Zəngəzur dəhlizindən dəmiryolu və avtomobil yolunun çəkilməsini üçün istifadə etmək istəyir. Bu yol həm Azərbaycanının böyük hissəsini Naxçıvanla əlaqələndirəcək, həm də Naxçıvan üzərindən Azərbaycan Türkiyə ilə birbaşa dəmiryolu və avtomobil yolu ilə əlaqə quracaq. Belə bir yol SSRİ dövründə də yaradılması haqqında müzakirələr aparılmışdır. Hələ ötən əsrin 70-ci illərdən belə bir layihənin həyata keçirilməsinə xüsusi diqqət göstərilib. Lakin Azərbaycan xalqının mənfur düşməni Zori Balayan özünün bədnam “Ocaq” əsərində bu yolun yaradılmasına qarşı çıxaraq, mövcud olan Bakı-Gorus-Naxcıvan yolunun da bağlanmasını zəruri saymış, onu Turan yolu adlandırmışdır.Ulu öndər Heydər Əliyev istər respublikaya rəhbərliyi dövründə, istərsə də SSRİ-nin özündə yuxarı idarəçilikdə çalışdığı dövrlərdə bu layihənin reallaşdırılması üçün SSRİ rəhbərliyi ilə danışıqlar aparmış və SSRİ rəhbərliyini bu yolunun hər iki müttəfiq respublikalar üçün əhəmiyyətli olacağına inandıra bilmişdi. Lakin ermənilərin pozucu fəaliyyəti nəticəsində o dövrdə bu layihəni gerçəkləşdirmək mümkün olmamışdır.Keçən 40 il sonra isə baş verən 44 günlük müharibə nəticəsində Prezident İlham Əliyev Şuşanın azad olunmasında olduğu kimi Zəngəzur dəhlizini bərpa etməklə də ata vəsiyyətini yerinə yetirir – Ulu Öndərin müəyyən etdiyi strateji hədəfə çatır.44 günlük müharibənin nəticəsi olaraq imzalanan 2020-ci il 10 noyabr tarixində üçtərəfli bəyanatın 9-cu bəndi və müharibədən sonra Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanatı ilə Zəngəzur dəhlizinin reallaşması Azərbaycan Respublikası üçün hüquqi zəmin yaradır. Moskva bəyanatında kommunikasiyanın bərpasının 1 mart tarixindən etibarən reallaşacağı qeyd olunurdu. Ona görə də Ermənistan baş nazirinin aprelin 8-də Moskvaya etdiyi səfərindən əvvəl kommunikasiyaların açılmasının sürətləndirilməsi məqsədilə yeni üçtərəfli sənədin imzalanacağı haqda da fərziyyələr irəli sürülürdü.Lakin Ermənistan tərəfi yenə öz pozuculuq siyasətindən əl çəkməyərək 10 noyabr bəyanatının imzalanmasından keçən az bir müddət də Ermənistan rəhbərləri regionda kommunikasiyaların bərpası, quru yolla dəhliz açılması kimi məsələlərdən bəhs edərkən birdən-birə ritorikanın sərtləşdirməsi müşahidə edildi. Ermənistan baş naziri Nikol Paşinyan öz çıxışlarının birində 10 noyabr bəyanatı haqqında danışarkən bu razılaşmada hər hansı "Zəngəzur dəhlizi"nin nəzərdə tutulmadığını, yalnız bölgənin blokadadan çıxarılmasının göstərildiyini iddia edir. Ermənistan tərəfinin belə çıxışlarının ardıca Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev YAP-ın VII qurultayında bəyan edib ki, üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim böyük siyasi qələbəmizdir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir. İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Lakin onları məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq. Beləliklə də Ermənistanın Azərbaycanın siyasi iradəsini qəbul etməkdən başqa yolu qalmayacaq. “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik” deyib.Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı çıxışında əsas vurğu heç də regional əməkdaşlıq və yükdaşımaları ilə bağlı rəqabət üzərində deyil. O, öz nitqində bəyan edir ki, “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir... Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.Prezident İlham Əliyev həmçinin öz çıxışında “Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq”.Zəngəzur dəhlizinin yaradılması layihəsi regionun yeni kommunikasiya əlaqələrinin yaradılmasına, iqtisadi inkişafına, beynəlxalq yükdaşımaların mərkəzinə çevrilməsinə şərait yaradacaqdır. Zəngəzur dəhlizinin bərpa edilməsi nəticəsində regionun mənzərəsinin, geosiyasi konfiqurasiyanın dəyişəcəyi haqda istər regional, istərsə də regionda marağı olan Qərb, ərəb dövlətləri və Çin KİV-lərində çoxsaylı yazılar dərc edilir. Beləliklə, Zəngəzur dəhlizinin bölgə və beynəlxalq yükdaşımalarında mühüm həlqə olacağı aydındır. Azərbaycan respublikası Zəngəzur dəhlizinin yaradılması ilə yanaşı Ermənistan respublikası ilə də dinc iqtisadi və siyasi əlaqə qurmağa hazır olduğunu bildirmişdir. Prezident İlham Əliyev Ermənistan tərəfinin Azərbaycanla əlaqələr qurumasının Ermənistanın özünün iqtisadi inkişafı üçün böyük əhəmiyyəti olduğunu vurğulayıb.Beləliklə, Azərbaycan xalqı olaraq biz də bu gün 30 il işğal altında qalmış torpaqlarımızın azad edilməsi kimi tarixi torpağımız olan Zəngəzur ərazisində Zəngəzur dəhlizinin yaradılmasına inanır və bu yolda Prezidentimizə tam əminliklə güvənirik.

Xudiyeva Humay Nəriman qızı
Təlim-tərbiyə işləri üzrə direktor müavini

sia.az

Digər xəbərlər