Siyasət

  • 3 531

“Parad Rusiyanın sülhməramlı missiyasına kölgə salır” ÖZƏL-MÜNASİBƏT

image

“Son vaxtlar Avropa Şurasında baş verən hadisələr, eləcə də terrorçu Artunyanın Moskvaya dəvət edilməsi və Rusiya sülhməramlılarının Xocalı hava limanında parad keçirməyə hazırlaşmaları sözün həqiqi mənasında Azərbaycanın milli hisələrinə, milli qüruruna toxunan hadisələrdir”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Politoloqun sözlərinə görə, parad dövlətin hərbi strukturlarına aid olan bir işdir: “Əgər orda cəmi 1960 nəfər rus hərbicisi varsa və bu hərbiçilər nəyə görə burda parad keçirməlidirlər? Bu kimi hallar Rusiyanın tərəfsizliyini pozur, sülhməramlı missiyanın vəzifələrinə kölgə salır, ilk növbədə Azərbaycan xalqı arasında onlara etimadsızlığı dərinləşdirir. Özü də bu parad o yerdə keçirilir ki, ermənilər soyqırımı həyata keçiriblər. Yəni ermənilər Azərbaycan xalqının Xocalı adlı qəsəbəsini yer üzündən siliblər, çoxsaylı insanları qətlə yetiriblər. Bir sözlə, bütün bunların nəzərə alınmaması və üstəlik də sülhməramlıların parad keçirməsi sözün əsl mənasında siyasi məqsədlərə hesablanmış addımlardır. Hərbiçilər siyasətdən uzaq dayanmalıdır və özlərinin birbaşa vəzifələrini yerinə yetirməlidirlər”.

sia.az

Digər xəbərlər