Siyasət

  • 3 358

Ulu Öndərin ideyaları bu gün də yaşayır

image

XX əsrin 80-ci illərinin sonlarında başlayan siyasi proseslər Azərbaycan xalqının tarixində olduqca gərgin, ağır və qaranlıq günlərin başlanğıcı idi. İstər 88-ci ildə Dağlıq Qarabağda erməni separatçılarının milli zəmində münaqişə yaratması, istər 20 yanvar hadisələri, istərsə də müstəqilliyin ilk illərində ölkədə baş verən siyasi hərc-mərclik, iqtisadi çətinlik Azərbaycan xalqının vəziyyətini getdikcə ağırlaşdırırdı. O illərdə ölkə hakimiyyətinin uğursuz addımları, ərazi bütövlüyünün pozulması ölkəni xaosa sürükləyirdi. Belə bir acınacaqlı vəziyyətdə Azərbaycanı düşdüyü ağır şəraitdən xilas edəcək güclü siyasi liderə ehtiyac yaranmışdı ki, bu şəxs də heç şübhəsiz Heydər Əliyev idi. Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsi ölkəmizin siyasi tarixində yeni bir mərhələnin başlanğıcı oldu.Ulu Öndər Heydər Əliyevin qayıdışı ərazilərimizin işğalı, istehsalın, elm və texnoloji sistemlərin dağılması, iqtisadi cəhətdən dözülməz olduğu bir dövrə təsadüf edirdi. Lakin dahi rəhbərin qorxmaz, mətin mövqeyi, yüksək elmi və siyasi biliklərə malik olması və müdrik siyasəti nəticəsində tez bir zamanda bütün sahələrdə stabillik əldə edildi və respublika inkişaf yoluna qədəm qoydu.Ümummilli Liderin uzaqgörənliyi dövlətin bütün sahələrində olduğu kimi gənclər siyasətindən də yan keçmədi. Bu siyasət Azərbaycan gəncliyində yeni prinsiplər, mənəvi dəyərlər, həyata yeni baxışlar sistemi formalaşdırmağa başladı. Azərbaycanda məqsəd və vəzifələrinə, fəaliyyət istiqamətlərinə görə bir-birindən dəyərli, yeni, müstəqil gənclər təşkilatları yaranması bu prosesi daha da sürətləndirməyə təkan verdi.Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə Ümummilli Lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclər Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə, 2 fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı.Ümummilli Lider Heydər Əliyevin inkişafa doğru təşəbbüslərinin sayı-hesabı yoxdur. Bu gün də cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanda bütün sahələr günü-gündən inkişaf edir. O nöqteyi-nəzərdən Heydər Əliyevin isti nəfəsi bu gün ölkəmizdə hiss olunur, böyük Azərbaycan onun şah əsəridir. Məhz sevindirici hal odur ki, Heydər Əliyevin prinsipləri bu gün də davam etdirilir. Dövlətçiliyimizin qorunması naminə mücadilə aparan hər bir şəxs xalqımızın qəlbində sökülməz bir taxt qurub, o cümlədən, böyük xilaskarımız Heydər Əliyev!

İlqar Axundov,
YAP Gənclər Birliyinin üzvü

sia.az

Digər xəbərlər