Siyasət

  • 3 151

"Ermənistan etdiyi vəhşiliklərə görə cavab verəcək" DEPUTAT ŞƏRH ETDİ

image

"Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarına növbəti dəfə səfər etdilər. Səfər bir sıra mühüm hadisələrlə və bəyanatlarla yadda qaldı. Prezident İlham Əliyev bu səfərdə də ermənilərin törətdiyi vəhşiliklərlə bağlı mühüm bəyanatlar verdi. Onların buna cavab verməli olduqlarını xüsusi qeyd etdi". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.Deputatın sözlərinə görə, Azərbaycan Ermənistanın dini-tarixi abidələrimizə, mədəniyyətimizə qarşı etdiyi vəhşiliklərin hesabını mütləq soruşacaq: "Bu dağıntıların miqyası çox böyükdür. Bütün şəhərlər yerlə yeksan edilmişdir. Hazırda bütün bu dağıntıların çəkilişi diqqətlə aparılaraq aktlaşdırılır. Prosesə beynəlxalq mütəxəssislər də cəlb edilərək beynəlxalq məhkəmələrə müraciətlər ediləcək. Hazırda ermənilər tərəfindən dağıdılmış və təhqir edilmiş bütün dini məbədlərin əvvəlki və işğaldan sonrakı görüntüləri tərtib edilərək dünya birliyinin diqqətinə çatdırılır. Dünya birliyi erməni vəhşiliyinin canlı şahidi olmalıdır.Onu da qeyd edək ki, Azərbaycan qısa müddətdə işğaldan azad olunmuş ərazilərdəki bütün dini ibadət ocaqlarını, mədəniyyət abidələrini təmir və bərpa edəcək. Artıq Zəngilan məscidinin bərpasına başlanılmışdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına uyğun olaraq, Fond tərəfindən təşkil olunan həm xarici, həm yerli ekspertlərdən ibarət olan komissiya bu məscidin, eləcə də digər işğaldan azad olunmuş ərazilərdəki məscidlərin mövcud binalarının qiymətləndirilməsi, konservasiyası və bərpası ilə bağlı təkliflər, layihələr hazırlanır. Erməni işğalçılarının Zəngilan məscidi də daxil olmaqla işğal etdikləri ərazilərdə bütün mədəni, dini obyektləri dağıtması, təhqir etməsi İslama, onun dəyərlərinə qarşı açıq düşmənçiliyin və vəhşiliyin göstəricisidir".

sia.az

Digər xəbərlər