Siyasət

  • 4 804

15 iyun - Azərbaycanın, bütöv bir xalqın məhv olmaq təhlükəsindən xilas tarixidir ŞƏRH

image

Bəli, bu gün ölkəmizdə hər bir tarixi günü Ali Baş Komandanımız İlham Əliyev cənablarının “Dəmir yumruq” siyasətinin gücü ilə Rəşadətli Ordumuzun əsgər və zabitlərimizin igidliyi ilə Qarabağı işğaldan azad etməsi sevinci ilə qeyd edirik. Bu qələbə “Dəmir yumruq” siyasətinin qələbəsi, xalqımızın müstəqillik arzularının gerçəkləşməsi idi. Bu yol - 15 iyun, 1993-cü il Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə xalqımızın, dövlətimizin xilas olmaq yolunun daha möhkəm olmasını davam etdirən Ali Baş Komandanımızın Qarabağı özümüzə qaytarmasının Milli Qurtuluşdan başlanılan yolu idi. Bu yol Azərbaycan xalqının, ilk növbədə, dövlətçiliyini itirməkdən xilas olduğu yol idi. 28 il əvvəl uçuruma gedən xalqın əlindən Ulu Öndər Heydər Əliyev tutdu. Dahi Öndər Heydər Əliyevin ikinci dəfə - 1993-cü ilin 15 iyun tarixində siyasi hakimiyyətə gəlişi, nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi, həm də müstəqil dövlətçiliyimizi parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etdi. Belə bir deyim var: “adını tarixə yazanlar, adı ilə tarixi yazanlar”. Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan tarixinə böyük hərflərlə həkk olunub. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu Azərbaycan xalqının Ümummilli Lideri kimi adını tarixə qızıl həriflərlə yazmış dahi Liderdir. Heydər Əliyev Azərbaycanın yüksəldən onu tanıtdıran, inkişaf etdirən Lider kimi hər birimizin qəlbində əbədiyyətə qədər yaşayacaqdır.

Milli qurtuluşdan başlanan yol bu məkanın da inkişafına hərtərəfli təkan verdi
Müxtəlif tarixi hadisələrlə əlamətdar olan günlər çoxdur. Lakin 15 iyun Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan və həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsasını qoyan tarixi gündür. Eyni zamanda, 1993-cü ilin 15 iyununu zirvə hesab etmək olar. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əlirza oğlu Əliyevdir.1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə ölkədə sabitliyi təmin etdi. Bundan sonra isə müstəqil, hüquqi-demokratik dövlət quruculuğuna başlanıldı. Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, cəmiyyətin demokratikləşdirilməsi insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Ölkəmiz vahid Avropa ailəsinə qəbul edildi. Dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi” və digər kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başlandı. Azərbaycana investisiya axınının əsası qoyuldu. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi. Ölkənin ali qanunvericilik orqanına, yerli idarəetmə orqanlarına beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və demokratik seçkilər keçirildi.Görkəmli dövlət xadimi, bütün türk dünyasının ən nadir tarixi simalarından olan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycan xalqının müstəqilliyini məhv olmaqdan qurtardı və bu müstəqilliyi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyunun tarixi nailiyyətləridir. Bəli, həmin tarix xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Dahi Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə yeni siyasi bir dövr, yeni təfəkkür mərhələsi başlandı. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı. Məhz ötən dövrdə qazanılan bütün nailiyyətlərin əsasında Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasətinin davamçısı Cənab İlham Əliyevin uğurlu diplomatik siyasəti ilə Azərbaycan güclü iqtisadiyyata malik olan dövlətə sevrilib. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi və 30 ilə yaxın zaman müddətində həll olunmayan qondarma “Dağlıq Qarabağ” probleminin 44 gün ərzində həll olunması ilə 2020-ci il tariximizə Qələbə ili ilə Azərbaycan tarixinə yazılması, Qarabağı işğaldan azad etməsi, məhz son 17 ildə Prezident, Ali Baş Komandanımız İlham Əliyev cənablarının diplomatik siyasəti, Güclü, Müzəfər Ordumuzun, igid əsgər və zabitlərimizin rəşadəti ilə qalibiyyət əldə etdik.Bir sözlə, məhz Ümummilli Liderimizin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib və Heydər Əliyev yolu ilə inamla daha yüksək inkişafa doğru addımlayır. Bu gün bütün dünyanı ağuşuna alan koronavirusla mübarizədə belə Prezidentimizin apardığı dərin düşünülmüş uğurlu addımları hər bir Azərbaycan vətəndaşın qürur duyur. Çünki dövlət başçımızın atdığı hər bir uğurlu addımı xalqına, dövlətinə olan səmimi məhəbbəti və doğma Vətənimiz naminə səmərəli fəaliyyəti nümayiş olunmaqdadır. Bu yolda xalqımız daima və əbədi olaraq öz Prezidenti ilə həmrəydir!

SEYFƏDDİN ƏLİYEV,
YAP Masallı rayon təşkilatının sədri

sia.az

Digər xəbərlər