Siyasət

  • 2 884

Latviya Seyminin nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

image

Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinşinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 8-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüb, xatirələrini ehtiramla anıblar.
Bakının ən hündür nöqtəsindən şəhərin mənzərəsini seyr edən qonaqlara paytaxtda aparılan abadlıq və quruculuq işləri barədə məlumat verilib.

yap.org.az

Digər xəbərlər