Siyasət

  • 3 457

“Təlimlər hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edəcək” HƏRBİ EKSPERT ŞƏRH ETDİ

image

Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən Komanda Qərargah Təlimləri əvvəlcədən planlaşdırılmış təlimlərdir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.Hərbi ekspert qeyd edib ki, bu təlimlər bir il əvvəlcədən, növbəti tədris ili üçün uzlaşma planına əsasən keçirilir.“Təlimlər komanda qərargah təlimindən Qarnizonun tərkibinə daxil olunan birləşmə və hissələr düşmənin müxtəlif radioelektron mübarizə vasitələrinin təsiri altında müxtəlif döyüşə hazır olma səviyyəsinə gətirilməsi ilə başlanılıb. Hazırda bölmələr ehtiyat təyinat rayonlarına çıxarılıb, idarəetmə rayonları təyin olunmuş rayonlarda açılıb və idarəetmə məhz səhra şəraitindən həyata keçirilir.Təlimlərin əsas məqsədi qoşunlarımızın gizli fəaliyyətinin təmin edilməsindən, həm də mexanikləşdirilmiş piyada və xüsusi təyinatlı bölmələrin digər qoşun növləri ilə qarşılıqlı fəaliyyətində verilən tapşırıqları icra etməsindən ibarət olacaq. Beş gün davam edəcək təlimlər, böyük ehtimalla Naxçıvanın müxtəlif poliqonlarında keçirilə bilər, o cümlədən bu təlimlərdən Zəngəzur dəhlizi ilə bağlı mümkün ola biləcək tapşırıqların yerinə yetirilməsinə də müəyyən hazırlıqlar nəzərdə tutula bilər. İstənilən halda bu təlimlər Naxçıvan Qarnizonu qoşunlarının döyüş hazırlıq səviyyəsinin daha da yüksəldilməsinə xidmət edəcək”, deyə Ədalət Verdiyev bildirib.

sia.az

Digər xəbərlər