Siyasət

  • 1 868

“Azərbaycan ərazisində hansısa hərbi anklavın formalaşmasına imkan verməyəcək” POLİTOLOQUN MARAQLI ŞƏRHİ

image

Gərginlik hələ də aşağı intensiv olsa da, həm sərhədd bölgələrində, həm də ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə yenə də mövcuddur və bunları bölmək, fərqləndirmək lazımdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədli deyib.Politoloqun sözlərinə görə, sərhəddə olan gərginlik Ermənistanın hətta müəyyən dərəcədə marağındadır ki, böyük güclərin, Minsk Qrupunun həmsədrlərinin diqqət mərkəzində saxlasınlar bu məsələni və yaddan da çıxmasın, beynəlxalq gündəlikdə 2-ci, 3-cü dərəcəli kimi baxılmasın bu məsələyə.“Gərginlik eyni zamanda Ermənistana təzyiq mexanizmi kimi, sərhəddin delimitasiyası və demarkasiyası baxımından Azərbaycan tərəfindən də istifadə olunur. Rusiya sülhməramlılarının yerləşdiyi əraziyə gəldikdə isə, orada Ermənistan ordusunun qalıqları müəyyən infrastruktur işləri aparmaq niyyətindədirlər və biz bunu erməni mənbələrindən görürük. Azərbaycan Ordusu da yeni cəbhə xəttinin yaranmasının, mövqelərin qurulmasının, nəzarət məntəqələrinin yaranmasının qarşısını alır. Yəni, rəsmi şəkildə təsdiq olunmamış, amma, obyektiv məlumatlara görə, onlar məhv edilir. Bu da o deməkdir ki, Azərbaycan öz ərazisində yeni hərhansısa bir hərbi anklavın formalaşdırılmasına imkan verməyəcəkdir və ümumi gərginlik də məhz bundan ibarətdir”, deyə politoloq Fərhad Məmmədli bildirib.

sia.az

Digər xəbərlər