Siyasət

  • 2 297

"Birlik, iradə və əzmkarlıq Qələbəyə aparır" - MƏQALƏ

image

Azərbaycan xalqı övladlarını öz müqəddəs qucağında məhəbbətlə bəsləmiş, onların hər birini qayğısına bələmişdir. Belə gözəl xalqın, müqəddəs torpağın yetirməsi olmaq hər birimiz üçün böyük şərəfdir. Məhz buna görə də növbəti dəfə bir yumruğa döndük, əl-ələ verib, çiyin-çiyinə dayandıq, BİRLİK, İRADƏ və ƏZMKARLIQLA QƏLƏBƏYƏ doğru addımladıq. Rəşadətli oğullarımızın şərəfli qanı və canı bahasına layiq olduğumuz, illərlə arzusunda yaşadığımz QƏLƏBƏNİ əldə etdik. Bu şərəfli Qəhrəmanların arxasında bütün xalqımız durmuşdu və yenə də əzmlə durmaqda davam edir!Yalnız bu Birlik, ancaq bu İradə və Əzmkarlıq bizim ordumuzu və dövlətimizi Qalib etdi. Bu Qələbə hələ çox qədimlərdən bəri əldə etdiyimiz uğurları, zəfərləri bizə bir daha xatırlatdı. Ey Vətən övladı, öz ləyaqətli keçmişini, qəhrəmanlarını xatırla, sənin babaların həmişə Birlik və Dirlik üçün çalışmışlar. Bu Birliyin bəhrəsini sən də dad və onu unutma! Bir daha daim əzilən, keçmişi zorla əlindən alınan bir xalq kimi yaşama! Bu yurd Cavanşirlər, Babəklər, Cavad xanlar, Mübarizlər, Heydərlər və Heydər davamçısı olan İlhamlar yetirmişdir! Bunu unutmaq olmaz!!!27 Sentyabrdan başlayan şanlı tarixi gündən bütün bunları heç vaxt unutmadığını sübut etdi hər bir Azərbaycanlı. Biz Birliyimizlə bütün işğal altında olan torpaqlarımızı yenidən ayağa qaldırdıq, axan göz yaşlarını sildik, çiynimizi çiyininə dayadıq, əzab və işgəncələrdən ağarmış saçlarına sığal çəkdik. İllərdir həsrətində olduğumuz o torpaqları anasına ― bütöv Azərbaycana qaytardıq. İndi qovuşanların sevinc göz yaşlarına baxdıqca Birliyimiz bir az da möhkəmlənir, İradəmiz bərkiyir, Əzmimiz artır deyirik! Daha heç vaxt yolumuzdan çəkilməyəcək, geri durmayacağıq. Ədalətsizliyə son, qərəzkar qəsbkarlığa dur deyirik!Mən o nəslin nümayəndəsiyəm ki, əvvəl Qarabağımızın, sonra o biri bölgələrimizin bizdən necə parça-parça qoparıldığının şahidi olmuşam. Başımızı dik qaldırmaq cəsarəti ilə birgə alınmışdı onlar bizdən. Yadıma BDU-da bir neçə gün bizə “Azərbaycan tarixi”ndən dərs deyib Qarabağa döyüşə gedən və bir daha qayıtmayan cavan müəllimim düşdü. O, Qarabağda torpağı qoruyan igidlərdən, oradakı çətinliklərdən danışırdı. Köksündə döyüşə atılmaq arzusu ilə quş kimi çırpınan qəlbini duyurduq hamımımz. Vətənpərvər bir gəncin həyata bağlanmalıykən ölümünə doğru qorxmadan addımlaması hamımıza sirayət etmişdi. Belə insanların verdiyi qurbanların hədər olmadığını gördüm yenə də! Şagirdlərim yaşında olan cavanlar öyrətdi bunları bizə! Onlara çox şey borcluyuq!Daha Başımı qürurla dik tuturam şanlı ordumuz, qəhrəman oğullarımız sayəsində! Onların hər birinə səslənirəm biz Sizi unutmayacağıq, unudulmanıza yol verməyəcəyik! Sizin etdikləriniz, Sizin qurbanlarınız bizi Birlik, İradə və Əzmkarlıq içində birləşdirdi. Güclü, möhtəşəm bir yumruğa döndük, Düşmənin alçaq başına enərək ona layiq olmadığı şərəfi verdik ― onu ləyaqətimizlə əzdik! Bütün dünya şərəfli bir xalqın şərəfsiz bir düşmənə necə qalib gəldiyini gördü! Bir Türk xalqı yenə də bütün cahanı mat qoydu! Yanımızda cəsarətlə duran, bizi dəstəkləyən Türkiyə dövləti və xalqı da bu qələbəyə ləyaqətlə şərik oldu. Hər zaman türk millətlərinin birliyindən qorxan düşmənlər sadəcə olaraq bir neçə türkün birliyindən lərzəyə gəldi. Birlik, İradə və Əzmkarlığımızın şahidi olan qoca dünya heyranlıqla gülümsəyib əllərini alqış üçün qaldırdı. Xəsis çəpiklərin səsi boşluqda səslənib gurultuya döndü, dağları, daşları lərzəyə gətirdi. Artıq bizimlə hesablaşmağa məcbur oldu, məcbur edildi ədalətsiz dünya!Ey şanlı Azərbaycan xalqı, artıq sənin də başın ucalardadır! O ucalıqda əbədiyyən qalacaq qüdrətini geri almısan öz BİRLİYİN, İRADƏN və ƏZMKARLIĞIN sayəsində. Artıq şəhid babalarımız, şəhid igidlərimiz də məzarlarında rahat uyuyacaq, cənətinə rahat gedəcəklər!

Kamilə Cabarova
Z.Ağayev adına 241 №li orta məktəbin müəllimi

sia.az

Digər xəbərlər