Siyasət

  • 2 349

"Paşinyan dialoq təklif edib arxadan təxribatlar törədir" - EKSPERT AÇIQLADI

image

"Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın regional kommunikasiyaların açılmasında maraqlı olduğunu bildirib. Xüsusilə də, Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulması, dialoqların ən yüksək səviyyədə təşkil olunması və davamlı xarakter alması, Azərbaycan və Ermənistan, Türkiyə və Ermənistan arasındakı anlaşılmazlıqların, problemlərin aradan qaldırılması ilə bağlı çıxış edib. Hesab edirəm ki, burada Paşinyanın bir neçə hədəfləri və məqsədləri var". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.Onun sözlərinə görə, birincisi, Paşinyan ermənidir və biz erməni riyakarlığını, erməni yalanlarını unutmamalıyıq: "Bu, növbəti dəfə Paşinyanın dialoq təklif edib, arxadan da təxribatlar törətməyinin izahlarından biridir. Hesab edirəm ki, Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti olaraq Paşinyana və ümumiyyətlə, Ermənistanın cəmiyyətinə axıra qədər inanmaq olmaz. Mümkün qədər ehtiyatlı olmalı və ermənilərlə davranışda diqqəti əldən verməməliyik. İkincisi, Paşinyanın və Ermənistanın düşdüyü vəziyyəti dərk etməsi və çıxış yolunu yalnız Azərbaycan və Türkiyə ilə əlaqələrinin qurulmasından keçdiyini bilməsi ilə bağlıdır. Paşinyan, əslində, çox gözəl dərk edir ki, Rusiya, İran və Qərbi Avropa dövlətləri ilə əlaqələr qurub, Azərbaycan və Türkiyə ilə konfratasiyanı davam etdirmək, yalnız Ermənistanın maraqlarına ziyandır. Bu, Ermənistanı növbəti böhranlara, problemlərə apara bilər. Ona görə də mümkün qədər Azərbaycan və Türkiyə ilə münasibətlərin daha çevik və sürətli şəkildə bərpa olunmasına çalışır".Anar Əliyev həmçinin qeyd edib ki, üçüncüsü, bu addımlar Paşinyanın özünün və Ermənistanın növbəti dəfə bazarlığa çıxmaq cəhdidir: "Paşinyan Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulmasına hazırıq fikirlərini səsləndirməklə həm Qərbi Avropa havadarlarına, həm də Rusiya və İrana açıq mesaj ötürür, onlardan növbəti güzəştlər qoparmağa çalışır. Dördüncü, mühüm səbəb isə Paşinyanın münasibətlərin qurulmasına hazır olduğunu bildirməklə paralel şəkildə təxribatların davam etdirilməsində məqsədlərdən biri də Qərbi Avropa havadarlarını daim Qafqazı, Ermənistanı diqqətdə saxlamaq üçün bir şantaj variantıdır. Paşinyan bununla Qərbi Avropadakı, Amerikadakı erməni lobbi təşkilatlarını, diaspor qruplarını daim Ermənistanı diqqətdə saxlamaq və Ermənistana maliyyə yardımlarını dayandırmamaqla bağlı şantaj etmiş olur. Bununla o göstərmək istəyir ki, Azərbaycan-Türkiyə birliyi Qarabağ məsələsini, “Artsax” problemini birdəfəlik həll etməkdədir və sizlər daha aktiv olmalısınız.Eyni zamanda, Ermənistanın bu prosesləri, bu addımları atması region xalqlarının, Cənubi Qafqaz dövlətlərinin maraqlarına xidmət edən, regiona davamlı sülhün gəlməsinə xidmət edən növbəti addımların atılacağını deməyə imkan verir. Bu davranışlar onu göstərir ki, tezliklə biz Azərbaycan və Türkiyənin birgə gərgin mübarizəsinin, - həm də tək Ermənistana qarşı deyil, bu layihənin açılmasına qarşı olan bir çox dövlətlərin, eləcə də İranın istəklərinə qarşı,- nəticəsi olaraq Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsində mühüm praktik, real davranışların şahidi ola biləcəyik. Bu davranışlar regionumuza sülh, barış gətirəcək".

sia.az

Digər xəbərlər