Siyasət

  • 2 087

"Müharibə şanlı zəfərimizlə başa çatsa da..." - DEPUTAT ŞƏRH ETDİ

image

"Müharibə şanlı zəfərimizlə başa çatsa da, informasiya savaşı bitməyib. Azərbaycan da post-müharibə dövrü reallıqlarını gözəl anlayır və bu mənada məğlub tərəf və havadarlarının informasiya məkanında mümkün cəhdləri demək olar ki, bizə öncədən bəllidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.Onun sözlərinə görə, rəsmi Bakı informasiya müharibəsində üstünlüyünü qorumaqda qətiyyətlidir və bunun üçün bütün zəruri addımlar atılır: "Bizim ən böyük üstünlüyümüz haqq-ədalətin və beynəlxalq hüququn tərəfimizdə olmasıdır. Bu gün Şərqi Zəngəzur və Qarabağ bölgələrinin hər addımı erməni zülmü, erməni vandallığından xəbər verən, danışan mənzərələrdən ibarətdir. Təbii ki, biz özümüz mümkün qədər bütün dünyaya mövcud reallıqlar barədə məlumat veririk. Lakin prosesdə ən obyektiv və faydalı istiqamət əcnəbilərin, xüsusən, jurnalist və böyük izləyici kütləsinə malik bloqqerlərin bu vandalizm izlərini öz gözləri ilə görməsidir. Bu mənada gürcü jurnalist və bloqqerlərin işğaldan azad olunmuş ərazilərə səfəri çox vacibdir. Çünki gürcülərin informasiyanı başa çatmış münaqişənin tərəfi kimi bizdən yox, bu məsələdə tərəfsiz olan öz media mənsublarından alması heç şübhəsiz ki, daha effektiv olacaq. Onlar ermənilərin insana, cəmiyyətə, təbiətə vəhşi münasibətini öz gözləri ilə görməklə real vəziyyəti daha yaxşı dərk edib öz auditoriyasına çatdıracaqlar. Eyni zamanda, gürcü auditoriyası dağıdan, məhv edən vəhşi bir toplumla, qurub-yaradan, dağıntılar və mina təhlükəsi fonunda qısa müddətdə çoxsaylı infrastruktur layihələri icra etmiş, 9 ay içində beynəlxlaq hava limanı istifadəyə vermiş toplum arasında real fərqi görəcək. Sirr deyil ki, Gürcüstan cəmiyyəti onsuz da ermənilərin iç üzünə az-çox bələddir. Gürcüstanın özü artıq illərdir ki, ermənilərin separatçılıq meyilləri ilə üz-üzədir və zaman-zaman Cavaxetiya erməniləri müstəqillik iddiaları ilə Gürcüstanı təhdid etməkdən çəkinmir. Bu mənada, gürcü cəmiyyətinin də erməni xisləti barədə daha tutarlı təsəvvürlərə malik olması vacibdir ki, mümkün erməni separatizmi təhlükəsinin mahiyyətini tam dərk edərək, zamanında profilaktik iş aparsınlar".

sia.az

Digər xəbərlər