Siyasət

  • 537

Azərbaycan Prezidentinin fəaliyyətinə çox yüksək qiymət verilir DEPUTAT ŞƏRH ETDİ

image

“Azərbaycan torpaqları 30 ilə yaxın Ermənistan tərəfindən zəbt edilibdir və bu işğalı həyata keçirən Ermənistan yüz minlərlə insanı didərgin salıb, on minlərlə Azərbaycan vətəndaşı qətlə yetirilib və işğal zamanı əhaliyə qarşı bir sıra hərbi cinayətlər törədilibdir. Xocalıda uşaqları, qadınları amansızcasına qətlə yetirmiş qüvvələrin əsas məqsədi məhz etnik təmizləmələr həyata keçirmək olubdu. Azərbaycanın işğal olunmuş ərazisində daş üstündə daş qoymayan, şəhərləri, kəndləri, milli mənəvi dəyərləri məhv edən Ermənistan Azərbaycanın mədəni irsinə də böyük zərbə vurub.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan 44 gün ərzində beynəlxalq hüquq normaları çərçivəsində BMT-nin qətnamələrini və eyni zamanda 30 il fəaliyyətdə olan bir münaqişəni ancaq dondurmaqla məşğul olan ATƏT-in Minsk Qrupunun bütün funksiyalarını icra edib.

“Azərbaycan bu illər ərzində dünyaya ən yüksək səviyyəli hərbi texnologiyaları nümyiş etdirib və bu onu göstərir ki, Azərbaycan xalqı, Azərbaycan dövləti illər boyu ən müasir ordu quruculuğu ilə yanaşı, dünyada mövcud olan ən yüksək hərbi texnikanı və hərbi texnologiyaları mənimsəyib. Münaqişə dövründə də cənab Prezident dəfələrlə Azərbaycan xalqının, Azərbaycan dövlətinin məqsədinin məhz bölgədə sülh, əmin-amanlıq olduğunu bildirib. Azərbaycan beynəlxalq hüququn aliliyini yüksək tutaraq, hərbi hədəfləri məhv edərək, mülki əhalini qorumağa çalışdı və Azərbaycan Ermənistandan fərqli olaraq, ancaq ordu ilə savaşırdı və işğalçı ordunu öz torpaqlarından qovdu.

Rusiyalı jurnalistlərin suallarından da bəlli olur ki, həm hərbi Ali Baş Komandan kimi, həm də beynəlxalq səviyyədə siyasi lider kimi Azərbaycan Prezidentinin fəaliyyətinə çox yüksək qiymət verilir. Azərbaycanın mövqeyi haqlı mövqedir və əsas istəyi bölgədə sülh, əmin-amanlıq və birlik yaratmaqdır və Azərbaycanın bütün siyasəti məhz əməkdaşlıq üzərində qurulub, bölgəmiz əməkdaşlıq bölgəsinə cevrilib, hansıki burada hamının iştirakı ilə strateji layihələri həyata keçirmək mümkündür. Bu, mövqe də dünyada yüksək səviyyədə qiymətləndirilir”, deyə Asim Mollazadə bildirib.

Digər xəbərlər