Siyasət

  • 1 613

Prezidentin BMT Baş Assambleyasının 76-cı sessiyası çərcivəsində tarixi çıxışı - MƏQALƏ

image

Bir neçə gün bundan əvvəl BMT Baş Assambleyasının 76-cı sessiyası keçirilmiş və Prezident İlham Əliyev illik ümumi müzakirələrdə tarixi çıxış etmişdir. Çıxışında ölkə başçısı bir sıra qlobal məsələlərə toxunmuş, Azərbaycanda və dünyada gedən proseslər ciddi təhlil edilmiş, dünya ictimaiyətinin nəzəri görülmüş və görülməkdə olan işlərə yönəlmişdir. Çıxışda ilk öncə bütün dünya üçün ciddi çətinliklər törədən COVİD-19 pandemiyası haqqında danışılmışdır. Azərbaycan hökuməti ilk günlərdən əhalinin qorunması və pandemiyanın mənfi nəticələrinin aradan qaldırılması üçün mühüm praktik tədbirlər həyata keçirib. Artıq cari ilin yanvar ayından peyvəndləmə kampaniyasına başlanmış, nəticədə karantin rejimi tədricən yumşaldılmışdır. Hələ keçən il ÜST təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırıb. Eyni zamanda ölkəmiz bu təşkilata könüllü olaraq 10 milyon dollar maliyyə yardımı etmiş, 30-dan artıq ölkəyə humanitar yardım göstərmişdi. Azərbaycan pandemiya ilə mübarizə etmək üçün daha qlobal həmrəyliyin tərəfdarıdır. Belə ki, Prezidentimiz Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbüslər irəli sürüb. Belə ki, Azərbaycan 2020-ci ilin may ayında təmas qrupu ölkələrinin COVİD-19-la mübarizəyə həsr edilmiş Zirvə toplantısını təşkil etmiş, 2020-nin dekabrında BMT Baş Assambleyasının dövlət və hökümət başçıları səviyyəsində xüsusi sessiya keçirmişdi. 150 dövlət bu təşəbbüsü dəsdəkləmişdir. Bundan başqa Azərbaycan beynəlxalq kürsülərdə "peyvənd milliyəçiliyini" tənqid edib. Belə ki, ayrı-seçkinlik səbəbindən 10 zəngin ölkə 75% peyvənd dozası aldığı halda, aşağı gəlirli ölkələrdə peyvəndləmə dozası 2% təşkil edir. Azərbaycan eyni zamanda postpandemiya dövrü üçün bir sıra qlobal proyektlər irəli sürmüşdür ki bu da dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən razılıqla qarşılanıb. 2019-cu ildən Qoşulmama Hərəkatı və onun 120 üzvünün yekdil qərarı ilə Azərbaycan 3 il həmsədrliyi öz üzərinə götürmüşdür. Bu il bu müddət daha 1 il uzadılmışdır.BMT-nin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Bu hesabatda biz 165 ölkə arasında 55-ci yeri tuturuq. Burada Azərbaycanda yoxsulluğun azadılması, səhiyyə, qidalanma, təmiz su, internet istifadəsi, əhalinin rifahının yaxşılaşdırılması kimi məsələlər vurğulanır. Azərbaycanda energi istehsalı artmış, bu sahədə beynəlxalq öhtəliklər uğurla icra olunur. Bu ilin 8 ayı ərzində isə qeyri neft sektoru 18,4% artmışdır. Azərbaycan xalqı öz kökünə, tarixinə bağlı xalqdır. Bu il Nizami Gəncəvinin 880 illik yubileyi münasibəti ilə "Nizami Gəncəvi ili" elan edilmişdir. Təsadüfü deyil ki, hələ 12-ci əsrdə dahi şair sülh, azadlıq, ədalət, bərabərlik kimi bəşəri ideyaları təbliğ etmişdir. Bu da BMT-nin təbliğ etdiyi prinsiplərlə üst-üstə düşür. Azərbaycan tolerant ölkədir və bu sahədə dünyada nümunə sayılır. Çıxışda Azərbaycan və dünya üçün əhəmiyyətli olan daha bir vacib məsələyə toxunulmuşdur. Ermənistan BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi qətnamələri yerinə yetirmir, silahlı qüvəllərini işğal etdiyi ərazilərdən çıxartmırdı. Ermənistan dünyanın digər nüfuzlu təşkilatlarınında buna bənzər qərarlarına məhəl qoymamışdır. Münaqişənin son 2 ilində isə Ermənistan danışıqlar prosesini məhv etmiş, təxribatçı bəyanatlarla, dövləti yeni işğallara səsləyərək, ATƏT-in Minsk qrupunun fəaliyyətini iflic etmişdir. İşğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma beynəlxalq hüququn kobud pozulmasından xəbər verirdi. Nəticədə BMT Təhlükəsizlik Şurasının qətnamələri 27 il icra olunmadı. ATƏT-in Mins qrupunun ikili standartlar çərçivəsində fəaliyyətidə, vəziyyəti hərbi müstəviyyə keçirilməsinə gətirib çıxardı. 44 gün ərzində Ermənistan silahlı qüvvəlləri sərhədlərimizi, o cümlədən döyüş bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər hətta Xızı raket atəşinə məruz qaldı. Nəticədə 100-dən çox dinc sakin həyatını itirib. İşğal edilmiş ərazilərdə ermənilərin vandalizmi II Dünya Müharibəsi ilə müqayisə edilə bilər. Ağdamı "Qafqazın xirosimasi" adlandırmaq olar. İnfrastruktur, təbii sərvətlər məhv edilmiş ətraf mühitə qarşı genosid törədilmişdir. Bu ərazilərdən təbii sərvətlər qızıl, qiymətli metal, minerallar qanunsuz olaraq xarici bazarlara ixrac edilmişdir. 10 noyabr kapitulyasiyasından sonra da ərazilərin minalardan təmizlənməsi problemi qalır. Təəssüf ki, Ermənistan sülhə gedən yolu əngəlləməkdə davam edir. Gələcəkdə belə faciələrin təkrar olunmaması üçün Ermənistanın cinayətləri beynəlxalq səviyyədə araşdırılmalı və cinayətkarlar cəzalanmalıdır. Müharibəni başlayan tərəf Ermənistan olmuşdur. Nəticədə Ermənistanın irimiqyaslı hücumu Azərbaycanı BMT nizamnaməsinin 51-ci maddəsində özünü müdafiə hüququndan istifadə etməyə vadar etdi. Nəticədə 44 günlük hərbi əməliyyatlar, 300-dən çox şəhər və kəndin azad edilməsi ilə nəticələndi. Beləliklə BMT TŞ qətnamələrini Azərbaycan özü təmin etdi. Artıq Azərbaycanda Dağlıq Qarabağ inzibati ərazi vahidi yoxdur. 2021-ci il 7 iyul fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb. Beləliklə Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu bilməlidir. Təəssüflər olsun ki, Ermənistanda Azərbaycanofobiya davam edir. Etnik nifrət, düşmənçilik üzərində qurulan erməni cəmiyyəti neofaşizmi təbliğ edir. Bu isə sülh prosessini ləngidirdi. Azad edilmiş ərazilərdə Azərbaycan öz vəsaiti hesabına iri miqyaslı tikinti işləri görür. Azərbaycan sülhə hazır olduğunu bəyan edib. Bu sülh regionumuzu sülh və əmin amanlıq regionuna çevirə bilər. Beynəlxalq aləm Ermənistana təsir etməlidir ki, revanşizmdən əl çəksin və biz buna inanır.

Elçin Əliyev
26 №li məktəbin Tarix müəllimi

sia.az

Digər xəbərlər