Oktyabrın 9-10-da Düşənbədə reallaşan MDB Dövlət Başçıları Şurasının toplantısı çərçivəsindəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putinintəkbətək görüşü media və beynəlxalq şərhçilər tərəfindən diqqətlə izlənildi. Bu görüş yalnız ikitərəfli münasibətlərin, eyni zamanda regiondakı geosiyasi dinamikanın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyırdı.
Görüş zamanı prezidentlər qarşılıqlı hörmət çərçivəsində, gərgin və həssas məsələlərə toxundular. Vladimir Putin açılış nitqində əvvəlcə Azərbaycan Hava Yollarının 2024-cü ilin dekabrında vurulmuş təyyarəsi ilə bağlı baş verən faciəli hadisə haqqında təəssüflərini bildirərək yenidən üzr istədi, həm də bununla bağlı məsuliyyəti qəbul edərək günahkarların tezliklə cəzalandırılacaqlarını və hadisədə zərər çəkmişlərin ailələrinə təzminatların ödəniləcəyini qeyd etdi. Prezident cənab İlham Əliyev isə bu jesti qarşılıqlı etimadın bərpası istiqamətində atılmış addım kimi qiymətləndirdi və Moskva ilə əlaqələrdə yeni səhifə açmaq niyyətində olduqlarını vurğuladı.
Təyyarə faciəsi və məsuliyyət məsələsi bu, görüşdə qalın xəttə çevrilən məsələ idi. Rusiya rəhbəri hadisənin Rusiyanın hava müdafiə sistemlərinin fəaliyyəti zamanı baş verdiyini etiraf etdi və məsul şəxslərin üzərinə düşən vəzifələri icra edəcəyini bildirdi. Düşünürəm ki, bu etiraf Azərbaycanın mövqeyini beynəlxalq aləməbir daha aydın göstərmiş oldu.
Əlbəttə ki, təyyarə faciəsi görüşdə əsas müzakirə obyekti olsa da başqa mühüm məsələlər də öz aktuallığını qorudu. AzərbaycanlaRusiya arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi, ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin icrası və ikili sənaye, enerji və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olundu. Hər iki tərəf yeni “yol xəritələri” və icra mexanizmləri üzrə razılığa gəlməyə çalışdı.
Regionun təhlükəsizliyi və geosiyasi hədəflər də görüşdə bəhsi keçən məsələlərdən idi.MDB Dövlət Başçıları Şurasının toplantısı çərçivəsində Rusiyanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı məsələsi gündəmə gətirildi, Putin region üzrə inteqrasiyanın və təhlükəsizlik sahəsində koordinasiyanın vacibliyini qeyd etdi. Ermənistan, Gürcüstan və Azərbaycanın da daxil olduğu daha geniş platformalarda əməkdaşlıq potensialından danışıldı.
Bu görüşün Azərbaycanın strateji maraqlarına təsiri sualına cavab verəsi olsaq ilk növbədə, deyə bilərik ki, bu Azərbaycanın uzun illərdir həyata keçirdiyi etibar və tarazlıq siyasətinin davamı idi. Son zamanlarda Rusiya ilə münasibətlərdə yaranmış gərginliklərin yumşaldılması üçün bu görüş Azərbaycanın balanslaşdırılmış diplomatiya xəttini qoruyaraq, həm güclü, həm də hörmətli tərəf olaraq öz mövqeyini möhkəmləndirməyə imkan verdi.
Nəticə etibarı ilə deyə bilərik ki, Düşənbə görüşü Azərbaycan üçün uğurlu keçdi. Mürəkkəb məsələlərə toxunan etibarlı dialoq, simvolik jestlər və gələcəyə hesablanmış razılıqlar – ikitərəfli münasibətlərdə yeni imkanlar açdı. Bu görüş Rusiya ilə Azərbaycan arasında qarşılıqlı maraqların yenidən tənzimlənməsi üçün zəmin yaratdı. Fikrimcə, bu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti diplomatik qələbəsi idi.
Şahmar Həsənov,
Azərbaycan Texnologiya Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor