PDF Oxu

Siyasət

  • 1 479

“Müxalifət liderləri uğursuzluğa düçar olublar” PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Müxalifət liderləri uğursuzluğa düçar olublar” PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Hər zaman olduğu kimi, yenə də müxalifət düşərgəsində təmsil olunan şəxslər reallığı özündə əks etdirməyən xəyallarla yaşayaraq ümid edirlər ki, nə vaxtısa onlar da nəyə isə nail ola biləcəklər. Onların bu arzularının həyata keçməsi isə mümkün deyil. Çünki həmin qüvvələr xalqın inamını itirmiş yalançılardır”. Bunu “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müxalifət düşərgəsini təmsil edən qüvvələr öz fəaliyyətsizliklərini çox gözəl başa düşürlər: “Müxalifət liderləri başa düşürlər ki, uğursuzluğa düçar olublar. Təəccüblü məqam odur ki, həmin liderciklər öz uğursuzluqlarını başa düşsələr belə, yenə bunu büruzə vermək istəmirlər. Bu isə onların faciəsidir. Müxalifətin gördüyü hər bir işin arxasında xarici qüvvələrin göstərişi dayanır. Demək olar ki, müxalifət düşərgəsini təmsil edən şəxslər ancaq xaricdən ötürülən pul və verilən tapşırıqlar əsasında fəaliyyət göstərirlər. Bu gün bunların işi xaricdən gələn pulları müzakirə edərək bölməkdən ibarətdir. Belə olan halda da, xaricdə olan həmin qüvvələrdə öz istəklərini həyata keçirmək üçün bunlardan bir vasitə kimi istifadə edir. Tam şəkildə demək olar ki, müxalifət partiya sədrlərinin əsas işləri satılmaqla xaricdən pul almaqdır, onların başqa siyasətləri yoxdur”.

T.Novruzov onu da bildirdi ki, bu gün adı çəkilən partiyaların əsas fəaliyyətləri Azərbaycanın davamlı inkişafına mane olmaq, hakimiyyətə qarşı qara yaxmaqdan ibarətdir: “Onlar cəmiyyətin dəstəyindən tamamilə məhrum olduqlarına görə, məhz bu cür anormal mövqe tutublar. Müxalifət təmsilçiləri özlərini elə bir günə gətirib qoyublar ki, heç kəs onlarla təmas qurmaq istəmir. Müxalifət partiya sıralarında olan şəxslərdə artıq bu partiyaları tərk edib, gedirlər. Bu da liderciklərin əsassız iddialarından və fəaliyyətsizliklərindən irəli gəlir”.

GÜLYANƏ

Digər xəbərlər