PDF Oxu

Siyasət

  • 2 452

Qarabağ böyük qayıdış uğurlu həyata keçirilməsi üçün bərpa işləri görülür - MİLLƏT VƏKİLİ AÇIQLADI

Qarabağ böyük qayıdış uğurlu həyata keçirilməsi üçün bərpa işləri görülür - MİLLƏT VƏKİLİ AÇIQLADI

“Cənab Prezident və hörmətli Birinci vitse-prezidentimiz Mehriban Əliyeva ilə Ağdam və Ağcabədi səfərləri şübhəsiz ki, işğaldan azad olunmuş bölgələrimizin sosial, iqtisadi və siyasi inkişafı, çiçəklənməsi və qüvvətlənməsi ilə bağlı ölkəmizin həyata keçirtdiyi islahatların bariz nümunəsi kimi qeydə alınmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ramil Həsən bildirib.Onun sözlərinə görə, əlbəttə ki, Qarabağımızın giriş qapısı olan Ağdamımızın mənfur düşmənlər tərəfindən məhv olunmuş, divanə qalmış şəhərimizin bərpa olunması, çiçəklənməsi məqsədiylə uğurlu addımlar atılır: “Cənab Prezidentimizin artıq Ağdama 3 səfəridir. Qarabağ günü-gündən inkişaf edir və dirçəlir. Həmçinin Qarabağ böyük qayıdışın uğurlu şəkildə həyata keçməsi, bütün soydaşlarımızın öz yuvalarına və torpaqlarını qucaqlaması üçün dövlət bütün maksimal imkanlarında istifadə edir. Qarabağın müxtəlif bölgələrində otelin yaradılması üçün proses işlərinə başlanılıb. Bilirsiz ki, Qarabağımızın giriş qapısı olan Ağdama gələcəkdə turistlərimizin qalması və bu ərazilərdə turizimin inkişafı üçün tədbirlər görülür. Şuşa, Ağdam, Füzuli və s. Azərbaycanın digər dilbər güşələrinin sürətlə yenidən qurulması və hayata qaytarılması ilə bağlı cənab Prezidentimizin bu istiqamətdə apardığı addımların maksimal göstəricisi kimi qeydə alınmaqdadır. Əminəm ki, Birinci vitse prezident Mehriban Əliyevanın hərtərəfli dəstəyi və cənab Prezidentinin qəti iradəsi ilə keçirilən bu yenidən qurma prosesində ən mükəmməl nəticələrin əldə olunmasını yenidən görəciyik”.

Müəllif: Banuçiçək Hüseynli

Digər xəbərlər