Siyasət

  • 1 908

Ümumdünya Şəhər Forumunun Azərbaycan üçün əhəmiyyəti ŞƏRH

image

Polşanın Katovitsa şəhərində keçirilən Ümumdünya Şəhər Forumu şəhər və yaşayış məskənlərinin inkişafına həsr olunub. Tarixdə ilk dəfə olaraq Ümumdünya Şəhər Forumu Mərkəzi Avropada təşkil edilir. Forumda 6 əsas müzakirə olunacaq mövzular arasında Polşanın xahişi ilə Ukraynadakı müharibədən sonra şəhərlərin bərpası mövzusu da yer alıb. Ümumdünya Şəhər Forumunda cənab Prezident İlham Əliyev videoformatda çıxış edib. Ərazilərimiz işğaldan azad olandan sonra bir sıra təbdirlər keçirilmişdir. Mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Birləşmiş Millətlər Təşkilatının Azərbaycan üzvlüyünün 30 illiyinin tamam olması münasibətilə sözü gedən təşkilatın bəzi qurumların iştirakı ilə tədbir təşkil edilmişdir. Tədbir Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmişdir. Cənab prezident öz çıxışında bildirmişdir: ““2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir. Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Qeyd etmək lazımdır ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir”.Ərazilərimiz 30 illik işğaldan azad edildilər. 30 il ərzində ermənilər bütün maddi mədəniyyət abidələrini məhv edilblər. Bu dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.“Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib”. “Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib. İnanırıq ki, sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər”.İl yarım ərzində nələri müşahidə edə bilərik?! Bu cür müharibəni aparmış bir ölkənin bu sürətlə bərpa işlərinə start verilməsi və uğurlu gedişlər bizi sevindirir. İşğaldan azad olunmuş ərazilərdə nə qədər bərpa işləri aparılır, hava limanların tikilməsi, yolların bərpası. Hazırda Zəngilan, Laçın rayonlarında iki hava limanı inşa olunur. Bu işləri turizmlə, iqtisadiyyatla bağlayırlar, bunların daha böyük stateji əhəmiyyəti var. Orada olan bərpa işləri təkcə iqtisadi cəhətdən deyil, təkcə insanların ora qayıdış məsələsi deyil, bu beynəlxalq aləmdə Azərbaycanın mövqeyini gücləndirən addımlardır.“Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edilib. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biridir”.Hal-hazırda işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri aparılır. Bununla paralel olaraq ərazilər minalardan, partlamamış hərbi sursatlardan təmizlənir. Təbii ki, bunlar çətin prosesdir. Lakin bu çətinliklərə baxmayaraq bu ərazilərdə “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını uğurla icra edilir. Bu istiqamətdə atılan ilk addım da Zəngilan rayonunun Ağalı kəndində ağıllı kəndi konsepsiyasıdır. Füzuli şəhərində az müddətdə hava limanı istifadəyə verilib. Əsas məqsəd Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq təhlükəsiz və dayanıqlı şəhər və kəndlər inşa etməkdir.“Azad edilmiş bəzi şəhərlərin Baş planları artıq hazırdır. Şuşa şəhərinin Baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda biz on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edirik. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır”.Cənab prezident İlham Əliyev öz çıxışının sonunda Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusunda və buna hazır olduğunu qeyd etdi.Foruma Azərbaycanın ev sahiblik etməsi beynəlxalq münasibətlərində böyük rol oynayır. Azərbycan 44 günlük Vətən müharibasində qazanılan Qələbə Azərbaycanın dünyada nüfuzunu artırdı və etibarlı tərəfdaş olduğunu dünyaya göstərdi.

Şəhla Xəlilova
YAP Yasamal rayon AMEA Fizika İnstitutu üzrə
ərazi partiya təşkilatının sədri

Digər xəbərlər