Siyasət

  • 1 168

Qoşulmama Hərəkatı beynəlxalq arenada fəal platformadır

image

Son on ildə Azərbaycan həyata keçirilən qlobal təşəbbüslərə ev sahibliyi etməklə beynəlxalq təşkilatların məqsədlərinə çatmaları üçün hərtərəfli diqqət nümayiş etdirmişdir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın nümunəvi üzv dövlət olduğuna dair müxtəlif vaxtlarda bəyanatlarla çıxış etmişlər. Bildiyimiz kimi, BMT-dən sonra dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatı da beynəlxalq nizamın formalaşmasında iştirak edən faktorlardan biridir. Əgər BMT-də daha çox hüquqi-siyasi məsələlərə fokuslanırsa bu təşkilat isə humanitar, iqtisadi, mədəni və qarşılıqlı hörmətlə yanaşı BMT Nizamnaməsinin qorunması istiqamətində fəaliyyətə köklənmiş bir təşkilatdır. Eyni zamanda Afrika və Asiya ölkələrinin də daha intensiv iştirak etdiyi bir beynəlxalq təşkilatdır. 120 üzvü, müşahidəçi statuslu 17 ölkə və 10 beynəlxalq təşkilatın iştirakçısı olduğu belə mühüm beynəlxalq təşkilatın Parlamentlər Şəbəkəsinin Konfransının Azərbaycanda keçirilməsi isə çox mühüm hadisədir.

Qoşulmama Hərəkatı 1961-ci ildən bu günə kimi özünün ən fəal mərhələsini yaşayır. Bu da Azərbaycanın bu təşkilata sədrliyi ilə başlayır. Azərbaycanın Qoşulmama Hərəkatına beynəlxalq müstəvidə nüfuzunun artırılması ilə bağlı atdığı addımların siyahısına və ardıcıllığına diqqət yetirsək bunun mahiyyət etibarilə düşünülmüş bir strategiya olduğunu müşahidə etmiş olarıq. Keçirilən bu dəfəki toplantıda Qoşulmama Hərəkatının sədri kimi cənab Prezidentimizin önə çəkdiyi mühüm məsələlərdən biri də beynəlxalq hüququn və ədalətin bərqərar olması üçün ədalətli mübarizənin davam etdirilməsidir. Hər birimizin bildiyi kimi, pandemiyanın ən sərt dövründə COVİD millətçiliyi, qoruyucu vasitələrin müsadirə olunması, zəif inkişaf etmiş ölkələrə pandemiyaya qarşı mübarizə vasitələrinin verilməsi məsələlərində cənab Prezidentimizin təşəbbüsü ilə BMT və ÜST ilə koordinasiyalı şəkildə işlər həyata keçirildi. Həmçinin ölkəmizin təşəbbüsü ilə COVİD-19 pandemiyası ilə bağlı BMT xüsusi sessiyasının çağırılması həm Qoşulmama Hərəkatı, həm də bütövlükdə BMT-nin tarixində bir ilk idi. Bu əslində Qoşulmama Hərəkatının qlobal proseslərdəki aktiv rolunun ortaya qoymasının bir göstəricisi idi. Azərbaycanın sədrliyi dönəmində atılan addımların necə mühüm strateji addımlar olduğunun hər birimiz şahidi olduq.

30 iyun 2022-ci il tarixində isə həm Qoşulmama Hərəkatının, həm də beynəlxalq təşkilatların tarixində mühüm tarixi hadisə baş verdi: Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işçi qaydaları və Nizamnaməsi qəbul müəyyənləşdirildi. Mövcud mürəkkəb beynəlxalq şərtlər içərisində klassik diplomatiyanın imkanları get-gedə məhdudlaşır və nəticədə problemlər həll olunmadan qalır. Belə olan halda yeni bir təşəbbüskarlıq, yeni bir diplomatiya-parlament diplomatiyası məsələsi önə çıxmış olur. Bildiyimiz kimi, dünya ölkələrində parlamentlər qanunvericiliklə məşğul olan hakimiyyətin bir qoludur. Azərbaycanda müzakirə olunan məsələ əslində bu gün dünya siyasətinin əsas gündəmində olan məsələdir: dayanıqlı inkişafın və sülhün təşviqi üçün parlamentlərin təşviqi. Bütün bunlar dünyada sülh və dayanıqlı inkişaf yolunda atılan addımlar hesab olunmalıdır. Bu gündəmin Azərbaycanın yaratması, rəhbərlik etdiyi Qoşulmama Hərəkatının yaratması şübhəsiz Azərbaycanın təşəbbüskarlığıdır. Həyata keçirilən və təsis edilən Parlament Şəbəkəsi şübhəsiz ki, Qoşulmama Hərəkatı daxilindəki inteqrasiya prosesinin daha da sürətlənməsinə zəmin yaradacaq. Eyni zamanda yeni təşkilatlanma mexanizmlərinin ortaya çıxmasına imkan verəcək. bu fonda biz cənab Prezidentin qeyd etdiyi kimi, həm gənclər forumunun çağırılması, həm BMT Qoşulmama Hərəkatı dəstək ofisinin yaradılması Qoşulmama Hərəkatı hərəkat mexanizmindən çıxaraq daha geniş bir miqyasa qədəm qoymasının müəyyən elementlərini görürük. Bu da məhz Azərbaycanın həyata keçirdiyi strateji siyasət nəticəsində mümkün olub.

Arzu Rəhimova

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi

Digər xəbərlər