Siyasət

  • 2 983

Heydər Əliyev ideyaları- Yeni Azərbaycanın dövlətçilik irsi

image

Azərbaycan tarixinin böyük bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Zaman keçdikcə onun xalqımız üçün etdiyi fədakarlıqlar daha yaxşı dərk edilir. Ulu Öndərimizin qızıldan dəyərli bir kəlamı var, “Xalq dövlət üçün, dövlət xalq üçün olmalıdır”. Onun və layiqli davamçısı olan cənab İlham Əliyevin uğurlu siyasəti bu kəlamın ən bariz nümunəsidir.29 il əvvəl, oktyabr ayının 3-də ölkəmizdə keçirilən prezident seçkiləri zamanı xalqımız Heydər Əliyevi özünə Lider seçdi. Xalq Ulu Öndərimiz Heydər Əliyevə çoxsaylı müraciətlər ünvanlayaraq onun Bakıya gəlməsini və xalqımızı düçar edildiyi bəlalardan xilas edilməsini xahiş edirdi.Dövlətinə və millətinə sonsuz məhəbbəti olan, böyük bir kütlə tərəfindən sevilən Heydər Əliyev xalqımızın və dövlətimizin çətin durumda olduğunu nəzərə alaraq, öz şəxsi həyatını təhlükəyə ataraq Bakıya qayıtdı. Ölkənin tarixi üçün mühüm əhəmiyyətə malik olan bu seçim müstəqil Azərbaycanın qurtuluş yolunun ilk addımı oldu.Xalqımız bu seçimlə öz taleyini müəyyən etdi. Ulu Öndər deyirdi ki, “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması ondan da çətindir”. Biz bu gün fəxrlə deyə bilərik ki, bizim Liderimiz bunu bacardı.Həmin dövrdə Azərbaycan xalqı yeganə nicatı Heydər Əliyevdə tapdı. Ulu Öndər hakimiyyətə gəldikdən sonra xalq üçün çox faydalı işlərə imza atdı. O, xalqının xilaskarı oldu.Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri misilsizdir. Bugünkü müstəqil Azərbaycan Respublikası Ulu Öndərimizin şah əsəridir.Heydər Əliyev Azərbaycanı bütün dünyaya tanıdıb. O, ölkəmizin zamanın ağır sınaqlarından şərəflə çıxmasına nail olub. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin, müstəqilliyimizin qorunub saxlanmasına nail oldu. Ölkə fəlakətdən xilas oldu, əmin-amanlıq bərpa edildi, böyük quruculuq işlərinə başlanıldı.Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin də ölkəmizin keşməkeşli yollarında böyük xidmətləri olub və bu davam etməkdədir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamı tarixi əhəmiyyət kəsb edir. Bu, onun Ulu Öndər Heydər Əliyevə olan hörmət və sevgisinin bariz nümunəsidir. O, bu şərəfli yolun layiqli davamçısıdır.Bu gün Azərbaycan özünün ən şərəfli dövrünü yaşayır. Cənab İlham Əliyev Ulu Öndərimizin dövləti idarəetmə ənənələrini, siyasi kursunu uğurla davam etdirir. Bu isə Azərbaycan xalqında parlaq və qüdrətli gələcəyə inamı daha da artırır.Heydər Əliyev öz adını xalqının qəlbinə qızıl hərflərlə həkk edib. Ulu Öndərin idarə etdiyi Azərbaycan daim inkişafa doğru addımlayıb. Onun təşəbbüsü ilə başlanmış layihələr, tikilmiş yerlər bu gün xalq və dövlətimizə xidmət edir.Heydər Əliyev zəkası sayəsində Şərqdə ilk dəfə ölüm cəzasını ləğv edildi, milli Konstitusiya qəbul edildi, mətbuatda senzura götürüldü. Azərbaycan Avropa Şurasına qəbul edildi, ilk dəfə olaraq ölkəmizdə özünüidarəetmə orqanı olan bələdiyyələr yarandı, Bakıda Dünya Azərbaycanlılarının Qurultayı keçirildi. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və nüfuzu sayəsində ölkəmizin iqtisadi müstəqilliyini və əhalinin yüksək rifah halını təmin edəcək inkişaf strategiyası işlənib hazırlandı, tarixi İpək Yolunun bərpasına başlandı, “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqavilələri imzalandı.Ölkədə ölüm hökmünün ləğv olunması təşəbbüsü ilə ilk dəfə Ulu Öndər 1998-ci il yanvarın 22-də çıxış edib. O zamana qədər ölüm hökmünə məhkum olanlar ən qatı cinayət etmiş adamlar olub. Ölüm cəzasının ləğv edilməsi nüfuzlu beynəlxalq təşkilatların, Avropa Şurasının bu qurumun üzv dövlətlərin qarşısında müəyyənləşdirdiyi tələblərdən biri idi. Qurumun 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı şəkildə əksini tapdı. Ölüm hökmünün ləğvi tələbi təşkilatın insan hüqüq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verildiyinin sübutudur. Daha sonra bu məsələ Azərbaycanın müstəqil Konstitusiyasında təsbit olundu.Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev demokratik bir cəmiyyət yaratmağı qarşısına məqsəd qoydu. Əsas meyarlar isə Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması, demokratik prinsiplərin inkişafı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi olmuşdur. İnsan hüquqlarının qorunması isə ən prioritet vəzifə kimi qarşıya qoyuldu. Öndərimiz bu sahədə müdrik addımlar atdı.Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi tarixi bir dövrdə Azərbaycan çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. Azərbaycanın beynəlxalq aləmdəki imici yüksəldi, ölkəyə xarici investisiyalar daxil olmağa başladı.Ulu Öndərin ən böyük arzusu Qarabağın mənfur düşməndən azad edilməsi idi. Öndərimizin arzusunu onun layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyev yerinə yetirdi. Bu gün fəxrlə deyə bilərik ki, artıq üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanır. Bu gün Heydər Əliyevin ruhu şaddır. Prezident İlham Əliyev Qarabağ Zəfəri ilə əbədi tarix yazdı. Bu gün bütün dünya ölkələri Azərbaycana həsəd aparır, qibtə edir. Bizim uğur və qələbələrimiz dünya tərəfindən heyranlıqla qarşılanır. 44 günlük Vətən Müharibəsindəki tarixi Zəfərimiz Azərbaycanı bütün dünyaya qalib ölkə, xalqımızı isə cəsur xalq kimi tanıdıb.Məhz onun nəticəsidə bu gün siyasi baxışlarından aslı olmayaraq, hər kəs etiraf edir ki, Heydər Əliyev xalqın öz istəyi və səyləri ilə hakimiyyətə gəlməsi milli birliyin bariz nümunəsi olmaqla yanaşı, ən qiymətli mənəvi - ideoloji sərvətdir. Həmin dövrədə Xalqın birlik siması Heydər Əliyevin sifətinə həkk olmuşdu. Necə ki, 44 günlük Vətən müharibəsi zamanı Xalqın əzmkarlığı və haqq yolundan dönməzliyi xüsusiyyətləri bir şəkildə cəmlənib bütün dünyaya Ali Baş Komandanın “dəmir yumruğu” ilə beynəlxalq aləmdə səs-soraq yaydı. Düşünürəm ki, xalq birliyini fərqli stuasiyalarda eyniləşdirmək bizə Ulu Öndərin xalqın birliyi ideologiyasını Cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyini göstərir.Ulu Öndər Heydər Əliyev dipomat kimi seçdiyi siyasi xətt üzrə konkret, düzgün istiqamətlənmiş addımlar atmış, eyni zamanda elmi - siyasi nəzəriyyəni formalaşdırmışdır. Ulu Öndər özünəməxsus uzaqgörənlik və müdrikliklə Azərbaycanın xarici siyasətinin bugünki inkişaf təməlini, bünövrəsini qoymuşdur. O yaxşı bilirdi ki, qüdrətli dövlət yalnız iqtisadi resurslarla deyil, xarici strategiyanın gücünün yüksək səviyyədə olması ilə ölçülür. Belə ki, xarici siyasətdə ciddi nəaliyyətlər əldə etmək və beynəlxalq müstəvidə milli məsələlərin qaldırılması üçün sistemli, ardıcıl və çoxşaxəli xarici strategiya qurmaq, ideoloji iş aparmaq lazım idi. Məhz bu səbəbdən də Heydər Əliyevin başlatdığı xarici siyasətdə sistemliliyin davam etdirilməsi üçün İlham Əliyev üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirmişdir. Bunun nəticəsində dünya azərbaycanlıları ötən illərə nisbətən daha həmrəy nümunələr sərgiləyir.Azərbaycan dövləti dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq istiqamətində ardıcıl və sistemli iş aparmışdır.1997-ci ildə Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdir: "Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər... Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan".Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Heydər Əliyev azərbaycanlıların istiqlal duyğularında yanarkən hələ yeni közərən milli dövlətçilik ideyalarını reallığa qovuşdurmuşdur. Bu özündə azərbaycançılıq ideologiyasını əks etdirir. Ümumilider məhz milli ruhun qorunması, milli -mədəni dəyərlərin yüksəldilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirmişdir.Ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz Ulu Öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir.Heydər Əliyevin həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Bu məktəbdən nümunə götürmək isə hər bir Azərbaycan vətəndaşı üçün şərəfdir.Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin yaşadılması və inkişafı uğrunda çox böyük mübarizə aparıb. Sırf bunun nəticəsidir ki, 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edilmişdir. Ümummilli Lider deyib ki, "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”. Ulu Öndərin hər bir kəlamı bizim üçün qızıldan dəyərli nəsihətdir. Öndərimiz deyirdi ki, “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”. Bu gün bizim mənəvi dəyərlərimiz və dilimiz onun misilsiz xidmətləri sayəsində yaşayır.Heydər Əliyev gəncliyə çox böyük önəm verən bir Lider olub. Ulu Öndər daim Azərbaycanın gələcəyi haqqında düşünür, gənc nəslin inkişafına xüsusi qayğı göstərirdi. O, “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır” deyirdi.Heydər Əliyev hələ 1969-1982-ci illərdə, yəni ölkəyə birinci rəhbərliyi dövründə gənclər siyasətinin əsaslarını yaratmışdı. Həmin dövrdə 15 mindən artıq azərbaycanlı gənc SSRİ-nin müxtəlif nüfuzlu universitetlərində təhsil almaq üçün göndərildi. 1982-1985-ci illər ərzində bu say 3500-ə qədər çatmışdı.Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra gənclərlə iş ölkədə əsas prioritet məsələlərdən birinə çevrildi. Ulu Öndər ölkənin inkişafını gənclərin hərtərəfli inkişafı ilə əlaqələndirirdi. Yəni, gənclər nə qədər təhsil alıb inkişaf etsə, ölkə də bir o qədər irəli gedəcək.2 fevral 1996-cı ildə Azərbaycan gəncliyinin həyatında yeni dövrün başlanğıcı qoyuldu. Həmin gün müstəqil Azərbaycanın tarixində ümummilli liderin şəxsən iştirakı ilə Azərbaycan gənclərinin ilk forumu keçirildi. Bir il sonra Heydər Əliyev ilk forumun iştirakçılarının bir qrupu ilə görüşdü. Xalqımızın böyük oğlu Bu görüşdə əsas diqqəti keçən bir il ərzində görülmüş işlərin təhlilinə, gənclərlə bağlı əsas problemlərin həllinə yönəltdi. Onun həmin gün imzaladığı sərəncamla fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunmağa başlayıb.Gənclərimizdə bağlı Ulu Öndərin gördüyü işlər bir daha onu deməyə əsas verir ki, bu gün ölkəmizdə vətənpərvər, milli-mənəvi dəyərlərə, Heydər Əliyev ideyalarına sadiq gənclik formalaşır, bunun üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu isə gələcək inkişafımızın güvənilir əllərdə olacağına işarədir.Gənc nəslin vətənpərvərlik ruhunda daha geniş dünyagörüşə malik olmalarının təmin edilməsi, formalaşması dövlətin gənclər siyasətinin başlıca məqsədidir. Ulu Öndərin davamçısı cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində fəallığı ilə fərqlənir. Onlar həm də dövlət, həm də dövlətçilik üçün gərəkli təşəbbüslərin gerçəkləşməsində məqsədlidirlər.İlham Əliyev Şuşada da deyirdi ki, “Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi".Ulu Öndərin və Cənab İlham Əliyevin gənclər siyasəti dünya üçün bir nümunədir. Hal-hazırda bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Başçımızın, “Mənim gənclərə xüsusi münasibətim var, ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Heydər Əliyev kimi dahi lider ölkəmizə rəhbərlik edib. Nə qədər canımızda can varsa, Ulu Öndər daim qəlbimizdə yaşayacaq. Öndərimizin sözü ilə desəm, “Mən həmişə fəxr etmişəm, elə indidə fəxr edirəm ki, mən Azərbaycanlıyam!”.

Ayşən Vəli

Digər xəbərlər