Siyasət

  • 5 610

Sülh prosesi ilə bağlı müəyyən nikbinlik var ŞƏRH

image

Artıq dəfələrlə şahidi olmuşuq ki, Prezident İlham Əliyev 2-ci Qarabağ müharibəsində əldə edilən parlaq qələbədən sonra ordusu və iqtisadiyyatı acınacaqlı duruma düşən Ermənistana vəziyyətdən çıxmağın yeganə yolunu sülh müqaviləsinin bağlanmasında olduğunu xatırladıb, Qarabağın təhlükəsizlik, sabitlik və sülh şəraitində inkişafı məsələlərini önə çəkib.Ölkə başçısı çıxışlarında bu istiqamətdə göstərilən bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləyib, Azərbaycanın sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə daim hazır olduğunu diqqətə çatdırıb. Prezident həmçinin həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupunun, birgə komissiyanın tez bir zamanda təşkilinin vacibliyini də dönə-dönə qeyd edib. Prezident İlham Əliyev bütün bu məsələlərlə bağlı konkret fikirlərini Ermənistanın baş naziri Nikol Paşinyanla, habelə ayrı-ayrı dövlət başçıları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə söhbətlərində açıq-aydın vurğulayıb. Hazırda təkcə Avropa İttifaqı deyil, həm də nüfuzlu ölkələr və digər beynəlxalq siyasi mərkəzlər Cənubi Qafqazda Azərbaycanın ədalətli zəfəri fonunda geosiyasi reallığı təqdir edir və Ermənistanla sülh sazişinin imzalanmasını önəmli məsələ kimi dəyərləndirir.

Prezident İlham Əliyev Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı bu məsələyə toxunaraq bildirib ki, sülh prosesi ilə bağlı bizdə müəyyən nikbinlik var. Çünki bu yaxınlarda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü, xüsusilə də sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bağlı ilk belə görüş keçirilib. Ümid edirik ki, bu, çox vaxt aparmayacaq. Biz bilirik ki, ermənilər 28 ildir Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparmaq kimi razılığa gəlmək istəmədikdə adətən hansı taktikalardan istifadə edirlər. Belə davam edərsə, biz də sülh əldə edə bilməyəcəyik. Əgər bu, Ermənistanın seçimidirsə, bu, o deməkdir ki, onlar növbəti ciddi səhvə yol verəcəklər. Onlar bizi düzgün qiymətləndirmədilər, onlar bizim iradəmizi, Azərbaycan xalqının iradəsini, Azərbaycanın potensialını düzgün qiymətləndirmədilər və bunun əvəzini ödəməli oldular deyə qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məsələsinə daim konstruktiv yanaşıb, hər zaman əsas diqqəti Cənubi Qafqazda postmüharibə vəziyyətinə yönəldərək, Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiqliyini bəyan edib. Dövlətimizin başçısı regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsinə nail olmağa xüsusi önəm verib.Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının əsas komponentində ölkəmizin irəli sürdüyü 5 maddədən ibarət təklif bir daha öz əksini tapıb. Burada əsas məqam Azərbaycanın ərazi bütövlüyünün şərtləndirilməsi olub. Ümumiyyətlə, sülh razılaşmasının əsas komponentində iki dövlət arasında münasibətlərin normallaşması üçün ölkələrin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması məsələsi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi prioritet istiqamətlər kimi seçilib.

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Digər xəbərlər